elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 февраля 2014 г.

Niftəliyeva Əntiqə Əhməd qızı

Niftəliyeva Əntiqə Əhməd qızı 7 dekabr 2003-cü ildə Bakı şəhərində dünyaya gəlib. Biləcəri qəsəbəsindəki Emin Əliyev adına 297 saylı orta məktəbin IV sinif şagirdidir. Müəllimləri deyirlər adın kimi özün də, oxumağın da Əntiqədir. Balaca vaxtı Əntiqə oyuncaqlardan, gəlincəklərdən çox dəftər qələmlə oynayırdı. Uşaq bağçasında fəal uşaqlardan biri olub. Bağçadakı tədbirlərdə həmişə aparıcı olmuşdur. Əntiqə məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Gəzməyə çıxanda oyuncaqlar yerinə nağıl kitabları, boyamalar aldırardı. Ad günlərində həmişə maraqlı kitablar istəyir. 
Dərs əlaçısıyam. Ən çox sevdiyim fənn riyaziyyatdır. Məktəbdə keçirilən tədbirlərdə şeir söyləyirəm. Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsində təhsil alıram. Həyatımda ən uğurlu gün musiqi məktəbində təşkil olunan konsertdə çıxış etməyim olub. Bunun üçün pianino müəllimim Günel xanıma minnətdarlığımı bildirirəm. Uğurlu günlərimdən biri də 12 may 2014-cü ildə sınaq imtahanında diplom aldığım gündür. Bunun üçün də sinif müəlliməm Fərqanə xanıma və anama minnətdarlığımı bildirirəm. “Tumurcuq” qəzetindəki “Nə qədər çox ağac əksən” başlıqlı məqaləm çıxdıqda çox sevinmişdim. Vətənim Azərbaycana şeir həsr etmişəm. 
Boş vaxtlarımda Nəsiminin şeirlərini oxumağı xoşlayıram. Uşaq romanlarına çox maraq göstərirəm. Ali məktəbə ən yüksək balla daxil olmaq, savadlı həkim olmaq istəyirəm. Xaricdə təhsil almağı qarşıma məqsəd qoymuşam. Tarixin yaddaşında qalmaq üçün hazırda tibbin çarəsiz qaldığı xəstəliklərin müalicəsi üçün yeni biliklər, dərmanlar kəşf edərdim.

Azərbaycanım

Azad vətənim mənim, 
Gözəl vətənim mənim. 
Mən səni çox sevirəm, 
Azərbaycanım mənim.

Həm müqəddəs, həm müstəqil,
Azərbaycan yurdum mənim.
Həm vətənim, həm şöhrətim,
Azərbaycan, yurdum mənim.

Bizimdir bu vətən,
Onu qorumaq gərək,
Sevib, sahib çıxmağa,
Çağırıram mən sizi.

Anama, atama hər zaman təşəkkür edirəm. Məni belə xoşbəxt ailədə böyütdükləri üçün, mənim də borcum hər zaman onların başını uca etməkdir. İstəyirəm ki, hər yerdə, hər zaman mənimlə fəxr etsinlər, qürur duysunlar.

Комментариев нет:

Отправить комментарий