elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 февраля 2014 г.

Elmurad Hacı

 
Taleh güclülər üçün doğma, zəiflər üçünsə ögey anadır
Alman filosofu O. Qipenqler
Ana üçün övladının dünyaya gəlişindən böyük sevinc ola bilməz. Bu sevinci, müqəddəs analıq hissəlirini Elmurad da anas na yaşadıb. Gəlişili ilə anasının həyatına  günəş  kimi şəfəq saçıb Elmurad balamız.
Körpəlikdən çox aktiv uşaq olub. Hələ iki yaşı olanda kitab mağazalarını yaxşı tanıyırdı. Özünə şəkilli nağıl kitabları aldırmasa mağazadan çıxmazdı. Yeməyini ya musiqiyə qulaq asa-asa,ya da anasının ona kitab oxumasından sonra yeyərdi. Artıq 4 yaşında rəqəmləri  yazmağı bacarır,  çıxmanı ,toplamanı sərbəst edə bilirdi.  Məktəbə gedəndə isə,  əlifabanı rahatlıqla oxuyurdu. Rus dilində də yazıb oxumağı bacarırdı.
Elmurad balamızı maraq dairəsi çox genişdir. Hələ 3 yaşında olarkən üzməyi öyrənib. Suya tullanmağı və suyun altında uzun müddət qalmasıyla yaşıdlarından fərqlənərdi. Şahmat fiqurları onun üçün çox marqlı idi. Bu maraq nəticəsində balaca Elmurad şahmatı öz-ozünə öyrənib. İndi məktəbin şahmat dərnəyinin üzvüdür. Yarışlarda iştirak edərək naliyyətlər əldə edir .
Hacı Elmurad 2003-cü il yanvar ayının 24-də Bakı şəhərində anadan olub. İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın V sinif şagirdidir.
İbtidai təhsilini 249 saylı məktəbdə alıb. Sinif rəhbəri Yusifova Mətanət həmişə onunla fəxr edib. Sevdiyi fənlər riyaziyyat və inforimatikadır. I sinifdən əlaçıdır.  Şəhər üzrə IV siniflər arasında keçirilən riyaziyyat və məntiq yarışmasında məktəblərini təmsil edərək yüksək bal toplayıb. Məktəbdədə keçirilən tədbirlərdə fəal iştirak edib.
Həyatının ən uğurlu hadisəsi isə imtahandan yüsək bal toplayaraq Elitar Gimnaziyanın 5-ci sinifinə qəbul olunmasıdır.  Elmurad bütün uğurlarına görə anası Sahibə xanıma borcludur.
Gələcəkdə riyaziyyat üzrə mütəxəssis olmaqla elmi  işlə məşğul olmaq istəyir . “Ola bilsin ki, edəcəyim kəşflə Nobel mükafatı da alım”.
Hələlik isə asudə vaxtını kitab oxumaqla keçirir.  Yeri gəlmişkən, bir neçə ildir Seyidzadə adına mərkəzi uşaq kitabxanasının üzvüdür. Digər məşğuliyyəti isə məhlə uşaqlarıyla futbol oynaqmaqdır. İstirahət günlərində sinif rəhbəri, ixtisasca tarix müəllimi olan Ədibə Abbasova onları müxtəlif tarixi yerləriə aparır.
Elmurad balamızın ən böyük arzusu xarici ölkələrin birində təhsil almaqdır.  Aldığı bilik və savadla vətəninə,  xalqına layiq bir övlad olmaq istəyir.

Комментариев нет:

Отправить комментарий