Ədxəmi Əvrin
Hüseyn oğlu 26 dekabr 2003-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Sakit uşaq
olan Əvrin puzzle yığmaq və məntiqin inkişafına kömək edən digər oyunları
oynamağı xoşlayırdı. Təbiəti, heyvanları, əsasən də quşları çox sevirdi.
Valideynlərinin və böyük bacısının sayəsində məktəbə gedənə qədər təhsillə
bağlı bir çox şeyləri öyrənmişdi. 6 yaşından şahmata maraq göstərməyə başladı.
Bacısı və atası şahmat oynayanda müşahidə aparan Əvrin də tezliklə bu oyuna
maraq göstərməyə başladı. Onun babası və atası da yaxşı şahmat oynayırlar, hətta
yarışlarda da iştirak edirlər. Görünür bu oyuna maraq Əvrinə genlərlə keçib.
Əvrin orta təhsilə
ilk qədəmlərini İranın paytaxtı Tehrandakı Beynəlxalq Məktəbdə atıb. Hazırda isə
Bakıdakı İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyada təhsilini davam etdirir.
Əvrin: “ - Dərslərim
yaxşı oxuyuram. Məntiqi məsələləri cox xoşlayiram və əlbəttə ən sevimli fənnim
riyaziyyatdir. Beynəlxalq festivalda, Yeni il şənliyində, “Şən start” müsabiqəsində
Azərbaycanı təmsil etmişəm. Yaddaqalan, uğurlu günüm birinci dəfə medal almağım
olub. Bir çox müsabiqələrdə diplomlara layiq görülmüşəm. Bunlardan ən çox dəyər
verdiyim 27 fevral 2013-cü ildə şahmat yarışında qazandıgım fəxri fərmandır.
Uğur
qazanmağımda valideynlərimə borcluyam və onlara cox minnətdaram. Bütün nailiyyətlərimdə
anamın rolu daha çoxdur. Şahmat üzrə Xanlar müəllimə oxşamaq istəyərdim.
İnanıram ki ən
yuksək zirvələrə çatacağam və Azərbaycanı dünya çempionatında təmsil edərək -
çempion olacağam.
İnsanlara kömək
etməyi xoşlayiram, böyüyəndə həkim olmaq istəyirəm.
Asudə
vaxtlarında mutaliə etmək, futbol oynamağı, televizora baxmagı, dostalımla
maraqlı söhbətlər etməyi xoşlayıram. Fortepianoda çalmağı öyrənirəm, ancaq
şahmat oyunu mənim üçün birinci yerdədir.
Arzularım
çox böyukdür. Azərbaycan Respublikasının prezidenti olmaq və vətənimin daha çox
inkişafına, möhkəmlənməsinə çalışmaq.”
Комментариев нет:
Отправить комментарий