Balacaxanım Baləmi qızı Ağabəyova 1996-cı il iyulun
13-də Bakı şəhərində dünyaya göz açıb. Qız olmasına baxmayaraq körpəlikdə çox
nadinc olub. İdman etməyi xoşlayırdı. Hələ kiçik yaşlarından təhsilə maraq göstərməyə
başlayıb. Bu səbəbdəndir ki, hələ məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi.
Azyaşlı uşaqlar üçün nəzərdə tutulan nağıl kitablarını oxuyurdu. Maraqlı
orasıdır ki, Balacaxanım bütün bunlara kimsənin köməyi olmadan nail olmuşdu.
Balacaxanım ilk təhsilini 10 saylı Sanatoriya Tipli
İnternat Məktəbində alıb. Burada təhsil aldığı dövrdə bilik yarışmalarında, məktəbin
ictimai işlərində də fəal iştirak edib. 30 aprel 2012-ci ildə “Azərbaycan dili
Azərbaycan xalqının varlığıdır” mövzusunda məktəbdə keçirilən inşa müsabiqəsində
fərqləndiyinə görə diplomla təltif olunub.
Balacaxanım hazırda Pirşağı qəsəbəsindəki 112 saylı
orta məktəbin şagirdidir. Burada da fəallığı ilə seçilən şagirdlərdən biridir.
Balacaxanım: “ - Dərslərimi yaxşı oxuyuram. Sevdiyim
fənlər tarix və ədəbiyyat olub. Fizika fənni də məni çox maraqlandırır. Məktəbdə
keçirilən tədbirlərdə aparıcılıq etmişəm, rol oynamışam.
Gələcəkdə jurnalist olmaq istəyirəm. Bu fikrə hələ
aşağı siniflərdə oxuyanda düşmüşəm. Gənc aparıcılardan biri Günay Qələndərliyə
oxşamaq istərdim. Ən böyük arzularımdan biri tanınmış, məşhur televiziya
jurnalisti olmaqdır.
Asudə vaxtlarımda
hind filmlərinə baxmağı xoşlayıram.”
Комментариев нет:
Отправить комментарий