İsmayılova Nuray Mehman qızı 20 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Nuray körpəlikdən şən, şıltaq uşaq olub. Rəsm çəkməyi sevib. Birinci və ikinci siniflərdə oxuyanda hətta məktəb dəftərlərində də şəkil çəkirdi və müəllimləri şikayət edirdilər. Məktəbə gedənə qədər məktəbəqədər hazırlıq kurslarına getmişdir və bu yaşda artıq ingiliscə danışırdı.
Bakı Modern məktəbində təhsil alır. Sevdiyi fənlər
riyaziyyat və rəsmdir. Tarix dərsini hələ keçməsə də, səbirsizliklə onu gözləyir.
Tarixə çox böyük həvəsi var. Ona görə tez- tez valideynlərindən tarixlə bağlı
suallarına cavab vermələrini xahiş edir. Dərslərini yaxsı oxuyur. Nuray məktəbdə
keçirilən tədbirlərdə fəal iştirak edir. Rəqs etməyi sevdiyi üçün bu tədbirlərdə
həvəslə rəqs edir. Rəsm sərgilərində çox iştirak edib və diplomlarla təltif
edilib. Beynəlxalq “Saf rənglər” festivalında “Bakı mənim gözlərimlə”
mövzusunda laureat olub. Hər bir uşaq kimi uğurlarında valideynlərinə borclu
olduğunu deyir. Onlar da öz növbələrində Nuray üçün hər şeyin yaxşısına
çalışırlar. Rəsm onun sevdiyi bir sahə olduğu üçün bu sahədə bacardığı qədər irəliyə
getməyə can atır. Rəsmlərinin tanınmış muzeylərdə olmasını istəyir. Gələcəkdə
interyer və eksteryer dizayneri olmaq fikrindədir.
Asudə vaxtı az olur.
Vətənə və ailəsinə layiqli övlad olmaq
arzusundadır. Nuray istəyir ki, ailəsi onunla fəxr etsin.
Tarixin yaddaşına bir xeyriyyəçi kimi yazılmaq istədiyini
deyir. Arzusu evsizlərə, köməyə ehtiyacı olanlara yardım etməkdir.
Комментариев нет:
Отправить комментарий