Filosoflardan
biri yaxşı demişdir ki, insanın xoşbәxtliyi, hәyatda qazandığı
müvәffәqqiyәtlәrin yolu onun öz qüvvәsinә inamı üzәrindәn keçir. Bu fikirlәrin
sitat gәtirilmәsi tәsadüf deyil.
Haqqında
söhbәt açacağımız qәhrәmanımız 11 yaşlı Qumru balamız da yaşının az olmasına
baxmayaraq özünəinaml sayəsində bir çox nailiyyətlər əldə edib. 2005-ci il
iyunun 1-dә Bakı şәhәrindә dünyaya göz açan Qumru Mәmmәd Sadıx qızı Mәmmәdova uşaq
vaxtlarından aktiv oyunların, şәkil çәkmәyin vә musiqinin hәvәskarı olub. Sonra
isә Qumruda müxtәlif idman növlәrinә hәvәs yaranıb. Tennis, atçılıq, xizәk vә
musiqiyә, piano vә rәssamlığa maraq göstərməyə başlayıb.
Körpә
yaşlarından tәhsil almasına valideynlәri tәrәfindәn xüsusi diqqәt
yetirilmişdir. 5-6 yaşından Qumrunun müxtәlif sahәlәrdә uğurların әldә
etdiklәrini valdeynlәri müşahidә etmәyә başladı.
Artıq
Qumru mәktәbә gedәnә qәdәr yaşıdlarından fәrqli olaraq çox şeyi bilirdi. İlk
tәhsilinә 132-134 №li mәktәbdә başlamışdır. Qumru indi dә hәmin mәktәbdә
tәhsilini davam etdirir. Dәrslәrindә hәr kәsdәn fәrqlәnir, dәrs әlaçısıdır. Әn
çox xoşladığı fәnlәr rәsm vә riyaziyyatdır. Mәktәbdә keçirilәn әksәr tәdbirlәrdә
rol alıb, hәmçinin müxtәlif müsabiqәlәrdә vә idman yarışlarında uğurlu iştirak
etmişdir. Diplomlar, fәxri fәrmanlar әldә etmişdir.
Fәaliyyәtindәn
dolayı әn yüksәk zirvәlәri fəth etmәk istәyәn Qumru әldә etdiyi uğur vә naliyyәtlәrinә
görә özünü valideynlərinə borclu hesab edir vә onlara bәnzәmәk istәyir.
Qumru
uşaqlıqdan memar vә ya dizayner olmaq istәyir. O, tәbiәt mənzərələri mövzusunda
rəsmlər çəkməyə daha çox üstünlük verir.
Asudә
vaxtlarında rәsmlә mәşğul olur vә ya özündәn 3 yaş balaca bacısı ilә vaxtını
keçirir.
Onun
әn böyük arzusu orta mәktәbi qızıl medalla bitirmәk vә ali mәktәbә uğurla daxil
olmaqdır.
Qumrunun
fəaliyyəti ilә bağlı "İdman Azәrbaycan" telekanalında böyük tennisin
ölkәmizdә inkişafına hәsr olunmuş verilişdә süjet yayımlanmışdır.
Öz
xalqına xidmәt etmәklә vәtәnin layiqli övladları sırasında yerini almaq onun
böyük arzularından biridir.
Sevimli
qәhramanımız, sәnә bu yolda uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий