Bir qism insanlara isdedad vә qabiliyyәt irsi keçir.
Aylinlә tanışlıqdan sonra biz buna qәti әmin olduq.
Aylin Nüsrәddin qzı Babayeva 30 mart 2004-ci ildә
Bakı şәhәrindә dünyaya göz açıb. Aylin çox fəal vә şәn uşaqdır. Hamıyla tez
ünsiyyәt tapır. Aylin kiçik yaşlarından rәqs etmәyi çox xoşlayırdı. 5 yaşından
hazırlığa getmәyә başladı. Orada yazıb-oxumağı öyrәndi. 8 yaşında basketbolla
mәşğul oldu. Bir neçә ildәn sonra Aylində karateyә hәvәs oyandı. Onda bu hәvәsi
atası oyatdı.
İlk tәhsilә İdrak liseyindә başlamışdır. Hazırda da
hәmin liseydә tәhsilinә davam edir. Dərslәrini әla qiymәtlәrlә oxuyur. Әn çox
sevdiyi fәnlәr cografiya, riyyaziyat, ingilis dilidir. Mәktәbdә keçirilәn bir
çox tәdbirlәrdә fəal iştirak edib. Onun uğurlar əldə etməsində Natavan müəllimin
xüsusi zəhməti var.
Bir il alman dili öyrənmək üçün müntәzәm olaraq
kursa gedib və sertifikat alıb. Aylin deyir ki, әldә etdiyi nailliyәtlәrә görә
özünü valideynlәrinә vә müәllimlәrinә borclu hesab edir. Valideynlәrinә oxşamaq
istәyir.
Gəlәcәkdә savadlı iqtisadçı olmaq istәyir.
Asudә vaxtlarında musiqiyә qulaq asır vә karate ilә
mәşğul olur. 5 il rәqsә gedib. Rəqs də onun asudə vaxtında məşğul olduğu
sevimli işidir.
Aylin gәlәcәklә bağlı planlarının nə olduğuna belə
cavab verdi: “Bacım kimi başqa ölkәdә tәhsilimi davam etdirmək istəyirəm. Vәtәnә
layiqli övladlardan olacağıma inanıram”.
Uğurların bol, yolun açıq olsun, Aylin.
Комментариев нет:
Отправить комментарий