Eynullayev Ayaz Cəlal oğlu 3 aprel 2009-cu ildə Bakı şəhərində
dünyaya göz açıb. Körpəlikdən etibarən ağıllı, mehriban və tədqiqat marağı yüksək
olan bir uşaqdır. İlk yaşlarından entomologiyaya xüsusi maraq göstərir. Böcəklərə
və həşəratlara olan marağı internetdə apardığı araşdırmalarda, sahib olduğu sintetik
qatran içində qurudulmuş böyük böcək kolleksiyası və müxtəlif təcrübələrdə
özünü büruzə verir. Qarşılaşdığı bütün böcəkləri toplayır, incələyir və onlar
haqqında ətraflı araşdırma edir. Ayaz kiçik yaşlarından rəsm çəkməyə boyük həvəs
göstərir, ən sevdiyi rəsm mövzusu böcəklər,
həşəratlar və dinozavrlardır. Bundan əlavə gildən və plastilindən müxtəlif əşyalar
düzəldir və onları rəngləməyi xoşlayır. Böcəklərə və heyvanlara aid çoxlu
kitabları, ensiklopediyaları var. Ayazın valideynləri onun intelektinin
inkişafına xüsusu diqqət yetirir və buna görə onu müxtəlif mövzularda məşğələlərə,
kurslara və master klasslara göndərir. Təhsil aldığı məktəbdə beş yaşından
etibarən məktəbəqədər hazırlıq kursunun şagirdi olmuşdur. Bütün fənləri sevməyinə
baxmayaraq dörd yaşından etibarən riyaziyyata xüsusi marağı və həvəsi var.
Atası ilə birlikdə müxtəlif misallar həll etməyi, məktəbdə hələ keçmədiyi
vurma, bölmə kimi əməllərin məntiqini öyrənməyi və boş zamanlarında riyazi
hesablamaları şifahi düşünməyi çox sevir. Kvadrilyon, kvintilyon və daha böyük
rəqəmlərin ardıcıllıqlarını öyrənib, belə nəhəng ölçüdə sadə toplama tipli
hesablamalar ilə maraqlanır.
Ayaz hazırlıq sinfinin məzuniyyət tədbirində "Ələddinin sehrli
çırağı" tamaşasında baş rol alaraq, Ələddin obrazını canlandırmışdır. Müəllimlərin
və valideynlərin qarşısında çıxış etdiyi, çətin və eyni zamanda emosional
obrazın öhdəsindən layiqincə gəldiyi üçün məmnunluq hissi duyduğunu qürurla
söyləyir. O günü ən maraqlı və yadda qalan günlərindən biri hesab edir.
Hazırda Ayaz 6 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur.
Ən sevdiyi fənnlər riyaziyyat və texnologiyadır. Asudə vaxtlarında uzgüçülük,
velosiped sürmə ilə məşğul olur, rəsm çəkir və ingilis dilinin öyrənir. 2016-cı
ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan uşaqlar üçün
yay məktəbində iştirak edib və orada "Pul, xərclər və qənaət"
proqramı üzrə sertifikat alıb. Həmin ilin noyabr ayında İctimai kanal üçün məktəbdə
çəkilişdə iştirak edib. Veriliş həm İctimai, həm də Mədəniyyət telekanalında
efirə gedib.
Ayazın ən böyük arzusu gələcəkdə insanlara yardım etməkdir, bunun
üçün gələcəkdə özünü həkim olaraq görür. İndidən bu peşəyə xüsusi diqqət
yetirir, mikroskop altındakı bakteriyalar və hüceyrələri incələyir, insan
anatomiyasını öyrənir, xəstəliklər və onların müalicəsi haqqında informasiya
toplayır. O, gələcəkdə beynəlxalq bilik olimpiadalarında iştirak etməyi, Azərbaycanı
təmsil edərək qızıl medal qazanmağı hədəfləyir.
Dərslərinə məsuliyyətli yanaşan, tələbkar və
ciddi oğlana ürəkdən deyirik: gələcəyin həkimi, yolun açıq olsun!
Комментариев нет:
Отправить комментарий