Nərmin Şamil qızı Bayramova 1998-ci il iyunun 19-da Bakı şəhərində dünyaya göz açmışdır.
Nərmin körpəlikdə sakit və çox maraqlı
uşaq olub. O, oyuncaqları ilə oynamağı, rəsm boyamağı çox sevirdi. Təkliyi sevmir, ətrafında həmişə uşaqların
olmasına çox sevinərdi. Ətrafı tərəfindən çox sevilən, qohum və qonşuların
sevimlisi idi.
Nərmin
məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona anası
öyrətmişdir. Nəminin musiqi istedadı
onda körpəlikdən yaranıb. Məktəbi əla qiymətlərlə oxuyur.
Nərmin 19 saylı
orta məktəbin şagirdi olub . Dərslərini
çox yaxşı oxuyur. Ən sevdiyi fənlər tarix və ingilis dilidir.
Nərmin
məktəbinin əksər tədbirlərində və məktəbdə keçirilən bayram və
tədbirlərdə fəal iştirak edir.
Nərmin əldə etdiyi uğurlarına və
nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab
edir Gələcəkdə hüquqşunas olmaq,
qanunların keşiyində durmaq istəyir. Nərmin
asudə vaxtlarında musiqi
dinləməyi və kitab oxumağı çox sevir. Bədii ədəbiyyatda tarixi əsərlərə, eyni
zamanda dünya klassik musiqisinə-Şopenə qulaq asmağı çox sevir. Əsas arzuları
yaxşı hüquqşunas olmaqdır.
Комментариев нет:
Отправить комментарий