Övladın xoş sorağını duymaq, onun haqqında xoş sözlәr
eşitmәk hər bir valideyn üçün әn
böyük sevincdir. Axı valideyn bir növ bağbana bәnzәyir. Bağban da öz zәhmәtinin
bәhrәsini görәndә sevinir.
Elәcә dә hәr bir valideyn uşağının uğurlarını eşidәndә, müvәffәqiyyәtlәrini
görәndә qürur hissi keçirir. Firuzənin dә valideynlәri artıq o hissi
keçirirlәr. Artıq o, sözün әsl mәnasında valideynlәrinә layiq övlad olmuşdur.
Firuzə Vüqar qızı Hümbәtli 2010-cu il fevralın 7-dә Bakı şәhәrindә anadan
olmuşdur.
Hәlә kiçik yaşlarında yaşıdlarından fәrqli uşaq olub. Yaşının az olmasına baxmayaraq
şeirlәr, mahnılar oxumağı bilirdi. Böyüklәr qarşısında sәhnәciklәr qurmaqla
hamının diqqәtini özünә cәlb edirdi. Mәktәbә gedәnә qәdәr 100-ә kimi saymağı vә
hesab әmәllәrini öyrәnmişdi. Firuzә qızımız 3 yaşında sözlәri düzgün tәlәffüz
etmәklə bərabər
20-ə yaxın şeir
bilirdi.
Artıq mәktәbә tam hazır olan Firuzә 2016-cı ilin 15 sentyabrında ilk dəfə mәktәbә
qәdәm qoyub. İlk tәhsilini 91 №li
mәktәbdә alıb. Hazırda hәmin məktəbin "1a" sinfində tәhsilini davam
etdirir.
Dərslərini әla qiymәtlәrlә oxuyan Firuzәnin әn çox sevdiyi
fәnlәr riyaziyyat, ingilis dili, musiqi və rəsmdir.
Sinif rəhbərini çox sevәn Firuzә balamız qeyd edir ki, Məsmayə
müəllimin onun üzәrindә әmәyi çoxdur. Dәrslәrini yaxşı oxumaqda ona çox
kömәklik edir. Məktəblәrində keçirilən "Yol hərəkəti qaydaları" adlı
tədbirdə həm rəqs edib, həm də "İşıqforla yolu düzgün keçək" səhnəciyində
iştirakçı olub.
Bundan başqa "Xəzri" rəqs qrupunun da üzvüdür. Həmrəylik günü və yeni il münasibətilə təşkil olunmuş
"Şaxta babanın sərgüzəştləri" adlı şənliklərdə rəqs etməyi çox maraqla
qarşılanmışdır. Firuzә fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. Nailiyyәtlәrinә
görә valideynlərinə və çox sevdiyi sinif rəhbəri Məsmayə xanıma özünü borclu
bilir.
Gələcəkdə hansı sənətin sahibi olmağına hələ ki, qərar
vermәyib. Valideynləri vә nənə-babası kimi savadlı və yüksək təhsilli biri
olmaq istəyir. Əsas məqsədi dərslərini yaxşı oxumaq və seçəcəyi sənət üzrə zirvələrə
qalxmaqdır.
Asudə vaxtlarında şəkil çəkməyi, məntiq oyunları oynamağı,
qardaşı ilә vaxtını keçirir. Valideynləri
ilə gəzintiyə çıxmağı və teatra getməyi xoşlayır.
Biz
dә Firuzә qızımıza redaksiyamız adından uğur vә nailiyyәtlәr arzu edirik.
Uğurların bol, yolun açıq olsun, Firuzә!
Комментариев нет:
Отправить комментарий