Mənsimli Həsən Samir oğlu 2007-ci il iyulun 15-də Lənkəran
şəhərində anadan olmuşdur. Hazırda Elxan İsmayılov adına 253 saylı orta məktəbin
IV sinif şagirdidir. Dərslərini əla oxuyur. Ən çox sevdiyi fənlər ingilis dili,
ana dili və riyaziyyatdır.
Həsən uşaq bağçasında tərbiyə aldığı dövrdə bayram
şənliklərində fəal iştirak edib, Kosa, Ayı və s. rolları canlandırıb.
Məktəbdə isə vətənlə bağlı tədbirdə əsgər rolunu
oynayıb. Bundan əlavə Həsən həm də dərs əlaçısıdır. Məktəbə qədəm qoyduğu ilk
gündən indiyə kimi daim məsuliyyəti, dərsə hazırlığı ilə həmyaşıdlarından
seçilib.
Müəlliminin istedadlı , seçilmiş yeniyetmə kimi
uğurlarının saytda və kitabda dərc olunması üçün adını məsləhət görməsi ilk
uğurlarından biridir.
Həyatda müəllim və validyenlərinə oxşamaq istərdi. Ən
böyük arzusu yüksək pillələrə qalxmaqdır.
Hələki istədiyi peşəni seçməsə də, dövlətinə
xeyirli vətəndaş olması arzusundadır.
Asudə vaxtlarında futbol oynayır.
Ali məktəbə daxil olmaq, hərbi xidmətə gedib Vətənini
qorumaq, daha sonra işləyib xalqına xidmət etmək ən böyük istəklərindəndir.
Комментариев нет:
Отправить комментарий