Azərbaycanımızın istedadlı yeniyetmələrindən biri də Əlişova Aysel
Hikmət qızıdır. Aysel 12 noyabr 2003-cü ildə Bakı şəhərində dünyaya göz
açmışdır. Körpəlikdə şirin uşaq olub, onun uşaqlığı çox maraqlı keçib. Cizgi
filmlərinə baxmaq, topla oynamaq, şəkil çəkmək, oyuncaq hissələrlə ev və başqa
tikililər quraşdırmaq onun ən maraqlı məşğuliyyəti olub. Çoxlu dostları olan
Ayseli bağça müəllimlərinin apardığı əyləncəli oyunlar, kiçik dostları ilə
keçirdiyi vaxt çox cəlb edirdi. 3 yaşından dərnəklərə getməyə başlayan qəhrəmanımız
orada keçirilən bayram tədbirlərində, tamaşalarda rollar alırdı. Aysel balamız bu
dərnəklərdə eyni zamanda hərfləri, rəqəmləri öyrənirdi.
Yazıb-oxumağı isə ona babaları sevdirmişdir. Ağıllı hərəkətləri, məntiqli
fikirləri, dəqiqliyi Ayseli başqa uşaqlardan fərqləndirirdi. Mərhəmətlidir, heç
kimin narahat olmağını istəmir. Bəlkə elə buna görədir ki, o həkim olmaq
arzusu ilə yaşayır, ya da Elçin babasının Ayseli həkim görmək arzusu onda bu
istəyi oyadıb.
Aysel orta təhsilə 132-134 saylı Beynəlxalq Təhsil Kompleksində
başlayıb. Hazırda təhsilini “İdrak” liseyində davam etdirir. Əlaçıdır, bütün fənləri
eyni dərəcədə sevir. Riyaziyyat, tarix, biologiya, coğrafiya, ana dili fənlərinə
xüsusi marağı və həvəsi var.
Aysel məktəblərində keçirilən bayram şənlikləri, tanınmış şəxslərin
yubileyləri, dahi şair və yazıçılarımızın anım günlərində fəal iştirak edir,
şeir deməyi sevir. Onun əldə etdiyi nailiyyətlərdə II sinifdən bəri sinif rəhbəri
olan Natəvan Abdullayevanın danılmaz zəhməti var.
Ayselin yaşı az da olsa, uğurları çox olub. Buna görə valideynlərinə
minnətdardır. Aysel idmanı çox sevir, asudə vaxtlarında üzgüçülük hovuzuna
gedir.
Ayselin arzuları böyükdür. O peşəkar həkim olmaq, insanların
sağlamlığının keşiyində durmaq istəyir. 13 yaşlı Aysel yaşının azlığından
dolayı peşə seçimində qəti qərara gəlmədiyi üçün bəzən memar olmağı da düşünür.
Bunun üçün oxumalı və çoxlu çalışmalı olduğunu da bilir. İnanır ki, məqsədinə
nail olacaq.
Onun fikrincə bütün sənətlərdən və peşələrdən ali bir peşə var - vətəndaş
olmaq. Aysel həm də gözəl Azərbaycanın layiqli vətəndaşı olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий