“İnsan qәlәbә üçün doğulmuşdur, mәğbuliyyәt üçün
yox” deyәnlәr çox haqlıdırlar. Belə düşünən qəhrəmanlarımızdan biri də
Caviddir.
Cavid Kamil oğlu Hacızadә 24 aprel 2003-cü ildә
Bakı şәhәrindә anadan olmuşdur. Uşaq yaşlarından sakit, tәrbiyәli vә ağıllı
olub. 5 yaşından üzgüçülüklә mәşğul olur. 5-6 yaşlarından bağçaya vә hazırlığa
gedib. Mәktәbә gedәnә qәdәr yazıb-oxumağı bilirdi. İlk tәhsilә 189 №-li
mәktәbdә başlayıb. Hazırda isә 173 №-li mәktәbdә tәhsilinә davam edir.
Dәrslәrini әla qiymәtlәrlә oxuyur. Bütün fәnlәri eyni sәviyyәdә öyrənməyə
çalışır. Mәktәbdә keçirilәn bütün tәdbirlәrdә fәal iştirak edir. Cavidi әn çox
sevindirәn yarışlarda qalib olmasıdır. Futbol, dama, üzgüçülük yarışlarından
diplom vә tәrifnamәlər alıb. Әldә etdiyi uğurlara görә özünü valideynlәrinә vә
müәllimlәrinә borclu bilir. Atasına bәnzәmәk istәyir.
Gәlәcәkdә
mühәndis olmaq istәyir. Çünki tikinti işinә marağı böyükdür. Ali mәktәbә qәbul
olub, seçdiyi peşәnin mütəxəssisi olmaq ən ümdə arzusudur.
Asudә vaxtlarında internetdәn maraqlı mәlumatlar
oxuyur.
Arzuların çin olsun, Cavid.
Комментариев нет:
Отправить комментарий