Əliyeva Aidə
İltifat qızı 29 sentyabr 2004-cü il Cəlilabad rayonunda anadan olub. Aidə sakit,
sözəbaxan uşaq olub. Şəkil çəkmək, şahmat oynamaq sevimli məşğuliyyətlərindəndir.
Hələ məktəbə getməmişdən öncə böyük bacısı Türkanənin sayəsində yazmağı və
oxumağı öyrənmişdir. Aidə 5-6 yaşlarında maraqlı şəkillər çəkirdi. Şəkilli
jurnallara baxdıqca şəkil çəkməyə maraq göstərmişdir.
Aidə Suraxanı
rayonunun Bülbülə qəsəbəsindəki Dilavər Məmmədzadə adına 232 saylı məktəbdə təhsil
alır. Əlaçıdır. Bacardıqca bütün fənlərə qarşı eyni maraqla yanaşır. Məktəbin
qabaqcıl şagirdlərindən biri kimi tədbirlərdə fəal iştirak edir. 20 Yanvar,
Novruz bayramı, Gül bayramına həsr olunmuş tədbirlərdə, ingilis dili aylığında,
şair və yazıçılarla keçirilən görüşlərdə fəal iştirak edib. Tədbirlərdə şeir,
mahnı, rəqslərlə çıxış edib, bəzənsə aparıcı olub. Sinif rəhbəri Vüsalə Nəsibova
da onun həm təhsildə, həm təlim-tərbiyədə seçilən şagirdlərdən olduğunu qeyd
etdi.
Həyatının ən
uğurlu günləri diplom, tərifnamə, fəxri fərmanla təltif olunduğu günlərdir.
2014-cü il mayın 24-də məktəbdə keçirilən ingilis dili aylığında fəal iştirak
etdiyinə, həmin il mayın 30-da ibtidai sinfi əla qiymətlərlə bitirdiyinə görə fəxri
fərmanla təltif olunub. Əldə etdiyi uğur və nailiyyətlərinə görə Aidə anasına və
bacısına borclu olduğunu bildirir. Anasının peşəsinə vurğun olan Aidə gələcəkdə
onun yolunu davam etdirmək istəyir. Gələcək planı ailəsinə və Azərbaycan
xalqına layiqli övlad olmaq, savadlı, vicdanlı həkim kimi fəaliyyətini davam
etdirməkdir.
Asudə
vaxtlarında bədii kitablar oxuyur, müxtəlif məlumatlarla maraqlanır, yeni məlumatlar
öyrənməyə cəhd edir.
Ürəyi mərhəmhətlə
dolu olan bu qız Azərbaycanın xeyirsevər oğlu Hacı Zeynalabdin Tağıyev yolunun
davamçısı olmaq istəyir.
Ümid edirik
ki, gələcək fəaliyyətində böyük həvəslə irəliyə doğru addımlayacaq.
Комментариев нет:
Отправить комментарий