Kərimova
Gülnar Sahib qızı 25 mart 1994-cü ildə Rusiya Federasiyasında dünyaya göz açıb.
Gülnar məktəbəqədər dövrdə rəqs dərnəyində milli rəqsləri həvəslə öyrənib. 5
yaşında məktəbəqədər hazırlıq kursunda yazıb-oxumağı öyrənib.
Gülnar orta təhsilini
Nizami rayonundakı Zəngi liseyində alıb. Orta təhsilinin müvəffəqiyyətlə başa
vurduqdan sonra Bakı Slavyan Universitetinə qəbul olunub.
Orta məktəbdə
oxuduğu illərdən bəri əlaçı, fəal şagirdlərdən biri olub. Yuxarı siniflərə
keçdikcə Azərbaycan dili və ədəbiyyatına marağı artıb. Orta məktəbdə keçirilən
bütün tədbirlərdə, ekskursiya və gəzintilərdə, olimpiada və müsabiqələrdə iştirak
edib. Məktəbin əksər tədbirlərində şeir və mahnı ilə çıxış edib, çox vaxt
aparıcı olub.
Gülnar özü
haqqında bunları dedi: “Anam həmişə danışır ki, məni doğum evindən gətirəndə nənəm
üzümə baxıb deyib: “Bu qız tərcüməçi olacaq”. Nənəmin bu sözləri anama ideya
verdi və I sinfə gedəndə anam məni ingilis dili kurslarına yazdırdı. Oradakı müəllimlərim
anama həmişə tövsiyə edirdilər ki, məni dil-təmayüllü ixtisasa yönəltsin. Mənə
dil öyrənmək həmişə maraqlı və asan olub. Orta məktəbdə ən sevimli dərsim ingilis
dili olub. Məktəbdə oxuyarkən 3 dəfə olimpiadalarda iştirak etmişəm. Ali məktəbdə
ingilis və alman dillərini öyrənirəm və dərslərə böyük həvəslə hazırlaşıram. Həyatımın
ən maraqlı və çox arzuladığım günü universitetə qəbul olunduğum gün idi.
Qazandığım bütün uğurları ailəmin dəstəyi ilə qazanmışam. Təhsilimi bitirdikdən
sonra magistraturaya qəbul olmaq, sinxron tərcüməçi işləmək istərdim. Boş
vaxtlarımı filmlər izləmək, kitab oxumaq və ya dənizkənarı bulvarda gəzintidə
keçirirəm”.
Комментариев нет:
Отправить комментарий