Azərbaycanımızın istedadlı, zəkası ilə seçilən uşaqlarından biri də
Aylin Əkbərzadədir. Aylin körpəlikdən həssas, canıyanan xasiyyəti, geniş qəlbi
ilə həmişə ətrafdakıların sevgisini qazanıb. Çox məsuliyyətli və zəhmətkeş
uşaqdır, həddindən artıq dost sevərdir. Onun dostlarının sayı-hesabı yoxdur.
Yaşıdları arasında, Aylin həmişə diqqət mərkəzində olmağı bacarır, və lider
xasiyyəti ilə həmişə seçilir. Çox gözəl nitqə malik olan Aylin öz fikrini səlist
bir şəkildə ifadə edərək, qurduğu cümlələrlə tez-tez böyükləri təəcübləndirir.
Əkbərzadə Aylin İlqar qızı 9 fevral 2010-cu ildə Bakı şəhərində,
ziyalı ailəsində anadan olmuşdur. Hələ kişik yaşlarından valideynləri onun dillərə
marağını görərək ingilis təmayüllü “Şəkər bala kindergarden and preschool” uşaq
bağçasına qoyurlar. Müəllimləri həmişə Aylinin digər həmyaşıdlarından fərqləndiyini
qeyd edirdilər. Onun çox güclü qavrama qabiliyətinə malik olduğunu, nəzərindən
xırda detalların belə qaçmadığını xüsusi vurğulayırdılar.
Təhsilə, oxumağa böyük marağı olan balaca Aylin hərfləri həvəslə öyrənirdi.
Və artıq 4 yaşında kitablar oxuyurdu. Aylin 4 yaşında 1 il tam ingilis dilli
“İB” proqram ilə məktəbə qədər hazırlıq keçmişdir. Daha sonra 1 il tam rus
dilli proqram ilə təkrar məktəbəqədər hazırlıq keçmişdir.
2016-ci ildə Bakı şəhərinin Səbail rayonundakı 6 saylı məktəb-liseyin
I sinfinə imtahanı uğurla keçərək rus bölümünə qəbul olmuşdur. Hazırda həmin məktəbin
I sinfində Səbinə Tağıyevanın sinif rəhbəri olduğu sinifdə təhsilini davam
etdirir və bu günə kimi olan bütün KSQ qiymətləri əladır.
Aylin dərslərində əlaçı olması ilə bərabər, həm də idmançıdır.
2014-cu ildə 4 yaşında ikən Azərbaycan Gimnastika Federasıyasının “Ocaq” idman
klubunun bədii gimnastika bölümünə, Azərbaycan Milli Bədii Gimnastika komandasının
baş məşqçisi, əslən bolqariyalı olan Mariana Vasilyeva tərəfindən 150 uşaq
arasından seçilmişdir. Hazırda Aylin “Ocaq” idman klubunun idmançısı, Azərbaycan
Milli Bədii gimnastika komandasının preyuniyor gimnastıdır. Bəzən xəstələnib məşqlərdən
geri qalmağa məcbur olanda etiraz edərək deyir: - Ana, məşq eləməsəm I yerə
qalxa bilmərəm. Mən də digər idmançılarımız kimi Azərbaycanın bayrağını yüksəltmək
istəyirəm.
İnanırıq ki, gün gələcək Aylin istəyinə nail olacaq. Axı o sanki “Mətin
qalay əsgər”dir. Onun dözümlü xasiyyətini, irəli getmək arzusunu müşahidə edərək
biz onu belə adlandırırıq. Aylin Heydər Əliyev adına idman arenasının məşq
zalında, baş məşqçi Aysel Allahverdiyevanın rəhbərliyi altında gündə 5 saat məşq
edir, hazırda yarışlara hazırlaşdığı üçün asudə vaxtı heç olmur. Aylin Əkbərzadə
2018-ci ildən artıq beynəlxalq yarışlarda iştirak edəcək, Azərbaycanı layiqincə
təmsil edəcək. Aylin məktəbdə, AGF-də keçirilən bayram tədbirlərində, həmişə fəal
iştirak edir. Təhsildə və ictimai işlərdə fərqləndiyinə görə fəxri fərman,
diplom və tərifnamələrə layiq görülmüşdür.
Aylinlə gürüşdüyümüz zaman o, ingilis dili dərsində idi. Fikir verdik
ki, Aylin dərsdə çox fəaldır, hamıdan tez muəllimin suallarına düzgün cavab verərək,
ingilis dilində olan bilikləri ilə sinif yoldaşlarından seçilir. Zəng vuruldu.
Aylin ilə tanış olub ona suallar verdik. Məktəbdən, dostlarından, fənlərdən, ən
sevdiyi dərsdən... Aylin susdu, bir an fikrə gedib dedi: - Bilirsiz, ən
sevdiyim dərs yoxdur, çünki bütün fənlər bir-birinə bağlıdır və gələcəkdə onlar
mənə lazım ola bilər. Onlar bizim savadlı olmağımız ücün lazımdır!
Bunlar balaca qızın böyük fikirləridir. Aylin həm böyük kimi fikirləşir,
həm də böyük urəyə malikdir! Gələcəkdə kim olmaq isteyirsen? sualina isə: - Əlbəttə
ki, həkim! İnsanlara kömək etmək istəyirəm. Bilirəm, hələ cox oxumalıyam, ancaq
arzuma çatmaq üçün mütləq savadlı olmalıyam!
Müəllimləri Aylin barəsində çoxlu xoş sözler söylədilər. Aylinin məsuliyyətli,
zəhmətkeş olduğunu, dostlarının köməyinə hər zaman yetişdiyini qeyd etdilər.
Aylin yumşaq və şən xasiyyəti ilə sinif yoldaslarını özünə celb edir, onlarla
asanlıqla ünsiyyətə girir və dostluq etməyi bacarır.
Aylinin ən böyük arzusu olimpiya çempionu olmaq və təhsilini
Amerikanın top universitetlərindən birində davam etdirmək, savadlı həkim
olmaqdır.
Qısa bir müddətdə bu balaca qızcığaz bizim də
sevgimizi qazandı. Biz də "İstedadlar.biz" redaksiyasi adından ona
uğurlar arzulayırıq və valideynlərinə bu cür övlad yetişdirdiklərinə görə minnətdarlığımızı
bildiririk!
Комментариев нет:
Отправить комментарий