Öz yaşıdları arasında istedadı, bacarığı, qazandığı nailiyyətləri ilə
fərqlənən daha bir yeniyetməmiz Röyadır. Yəhyəzadə Röya Vüqar qızı 14 avqust
2004-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Həyata addımlarını atdığı ilk
gündən etibarən hadisələrə diqqətlə, sakit, maraqla yanaşan, mülayim, məqsədyönlü
uşaq olub. O, ona oxunan nağılları diqqətlə dinləyib, ikinci təkrara ehtiyac
duymadan olduğu kimi insanlara çatdıraraq xarakterində olan xüsusiyyətləri
tamlıqla doğruldurdu. Yazmağı, oxumağı bilməsə belə, şeirləri asanlıqla dərk
edib, əzbərləmə qabiliyyətinə malik idi. Uşaq yaşlarından müxtəlif dillərə
maraq göstərirdi. Gününün çox hissəsini keçirtdiyi nənəsi Kəmalə xanım onun üzərində
çalışaraq istedad və maraqlarını aşkara çıxardır və bu yöndə onun inkişaf etməsi
üçün müxtəlif üsullardan istifadə edirdi. Röya 4 yaşında olmağına baxmayaraq
artıq yazmağı, oxumağı bilir, bundan əlavə riyaziyyat, ingilis dili fənlərini də
artıq mənimsəyirdi.
Röya 2010-cu ildə müsabiqə yolu ilə rus bölməsinə daxil olduğu Tahir
Həsənov adına 23 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Dərslərin ilk
günlərindən yeniyetməmizdə olan istedadı görən və onun daha da püxtələşməsində
böyük rol oynayan ibtidai sinif müəlliməsi Seyidova Mətanət, şagirdlərin düzgün
yöndə inkişafı üçün müxtəlif müsabiqələr keçirdirdi. Bu yarışlarda qalib olan və
müxtəlif diplomlarla təltif olunan şagirdlərdən biri də Röya idi. O, həyatının ən
uğurlu və yaddaqalan günlərindən birini hər il qaliblər arasında keçirilən
yarışlarda qalib gələrək təltif olunmağı kimi təsvir edir. Hazırda o, VII
sinifdə təhsil alır. Oxuduğu illər ərzində hər zaman əla qiymətlər almağı
bacarmış və bununla da sinifdə hər zaman fərqlənmişdir. Röyanın tədris
olunan fənlərin hamısına marağı böyükdür, lakin bu fənlər arasında onun diqqətini
daha çox çəkən riyaziyyat, bilogiya, fizika, ədəbiyyatdır. Rus bölməsində təhsil
almağına baxmayaraq o, Azərbaycan dilini çox sevir və onda bu sevgini, həvəsi
yaratdıqları üçün Çinarə və Ağabacı müəlliməyə öz dərin minnətdarlığını
bildirir. Röya texniki və humanitar biliklərə yiyələnməklə yanaşı xarici dillərə
böyük maraq göstərir. Bu səbəbə görə də o, öz üzərində çox çalışmış və məqsədinə
çataraq ingilis dilində səlis danışmağı öyrənmişdir. Lakin bununla kifayətlənməyərək
alman dilini də həmin səviyyədə bilmək üçün qarşısına məqsəd qoymuş və bu məqsədinə
çatmaq üçün hal-hazırda da əmin addımlarla irəliləməkdədir. Asudə vaxtlarında
o, Azərbaycan, rus və ingilis dillərində şeirlər yazır və gələcəkdə öz şeirlər
toplusunu kitab halına gətirərək çap etdirmək arzusundadır.
O, hal-hazırda həkim olmağı arzulasa da, gələcəkdə fikirlərinin dəyişmə
ehtimalı qaçınılmazdır. Lakin hansı peşəni seçməyindən asılı olmayaraq o, yiyələnəcəyi
peşəni dərinliklərinə qədər mənimsəyib, o sahədə mütəxəssis olmaq istəyir. Buna
çatmaq üçün çox çalışmalı olduğunu dərk edərək bu yolda hər zaman bir addım öndə
olmaq üçün əlindən gələni edir.
Röyaya hər zaman qarşısına qoyduğu məqsədlərə çatmağı və bu yolda
büdrəməməyi arzulayırıq.
Allah bu gözəl balamızın yolunu açıq eləsin,bütün arzularına çatsın ! Ma Şa Allah !
ОтветитьУдалить