Həşimli Aylin Əsgər qızı 18 yanvar
2008-ci ildə Ağdaş
şəhərində dünyaya göz açıb. Aylin körpəlikdə
çox sakit, düşüncəli və səbrli uşaq olub. Uşaq olanda sevimli məşğuliyyəti
karandaşlarla oynamaq, onları saymaq olub.
Məktəbə gedənə
qədər yazıb-oxumağı nənəsi Rəfiqə xanımın köməyilə öyrənmişdi. O, öz
hazırcavablığı, çoxlu şeir əzbərləyə bilmək qabiliyyətinə görə seçilən olub.
Onun istedadı 3-4 yaşlarında olanda üzə çıxıb.
Aylin Ağdaş şəhər M. Şeyxzadə adına Texniki, Təbiət və Humanitar Təmayüllü
Gimnaziyada təhsil alır. Dərslərindən
əla qiymətlər alır. Bütün fənlərə eyni diqqət və məsuliyyətlə yanaşır.
Məktəbdə
keçirilən Yeni il, Novruz şənliklərində fəal iştirak edib. Müəlliminin
tapşırıqlarını sözsüz yerinə yetirib, tədbirlər üçün nəzərdə tutulan şeirləri,
mətnləri, oyunları layiqincə hazırlayıb.
Bağça həyatına
vida edib məktəbə yollandığı ilk gün onun üçün ən maraqlı və yaddaqalan gün
olub.
Əldə etdiyi
uğur və nailiyyətlərə görə valideynlərinə və müəlliminə borclu olduğunu deyir.
Təhsilində böyük uğur və yüksək zirvəyə ucalmaq arzusundadır. Aylin həkim
olmaq, dövlətimiz üçün xeyir işlər görmək istəyir. Məktəbə
getdiyi gündən bu qərarı verib. Ali təhsilli, ziyalı bir insan olub öz elmi ilə
tarixə adını həkk etdirmək istəyir.
Boş
vaxtlarında mütaliə ilə məşğul olur, əlavə kitablar oxumağı çox xoşlayır. Şəkil
çəkmək onun sevimli məşğuliyyətlərindən biridir.
Комментариев нет:
Отправить комментарий