Azərbaycan
istedadlı gəncləri ilə həmişə tanınmışdır. Belə gənclərimizdən biri də Nərmin Fərhad
qızı Rəfiyevadır. Nərmin 21 iyun 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur Nərmin
məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bunu valideynlərinin köməyi ilə öyrənib.
Musiqiçi ailəsində göz açdığı üçün onda musiqiyə maraq hələ erkən yaşlarından
oyanmış və artıq altı yaşında musiqiçi olmaq qərarına gəlmişdir. Hələ musiqi məktəbinə
getməzdən əvvəl valideynləri Nərminin musiqiyə olan marağını, musiqi duyumunu
hiss etmiş, 4 yaşında ikən “Cücələrim” mahnısını pianoda ifa etməyi öyrənmişdir.
6 yaşında “Bayatı Şiraz” muğamından bir parça ifa etməyi öyrənmişdir.
Nərmin ilk təhsilini Cəfər Cabbarlı adına 187 saylı
orta məktəbdə almışdır. Hazırda həmin məktəbin VII sinfində təhsilini davam
etdirir. Dərslərini yaxşı oxuyur. Ən sevdiyi fənlər Azərbaycan dili, ədəbiyyat,
musiqi, coğrafiya və rəsmdir.
Nərmin bəstəkarların
yaradıcılığına həsr olunmuş konsertlərdə, bayram tədbirlərində skripkada ifa
etmişdir. O, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyinə həsr olunmuş uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin
respublika musabiqəsində uğurlu çıxışına görə fəxri fərmanla təltif olunmuşdur.
Nərmin müsabiqədə iştirak etdiyi günü ən uğurlu gün sayır. O, əldə etdiyi
uğurlarına və nailiyyətlərinə özünü müəllimlərinə və valideynlərinə borclu
olduğunu hesab edir.
Nərmin asudə
vaxtlarında skripkada yeni əsərlər öyrənib ifa etməklə, rəsm çəkməklə məşğul
olur.
O, dünya şöhrətli musiqiçilərə oxşamaq istəyir.
Nərmin fəaliyyəti ilə bağlı yüksək zirvələrə qədər yüksəlməyi hədəfləmişdir. Gələcəkdə
gözəl və savadlı musiqiçi olmaq istəyir. Nərmin hazırda 7 illik musiqi məktəbini
bitirmişdir və gələcəkdə musiqi təhsilini davam etdirməyi düşünür. Nərmin
tarixin yaddaşında yaşamaq istəyir və bunun üçün musiqi təhsilini davam etdirib
yaradıcılıqla məşğul olmağı arzulayır.
Arzusu, məqsədi böyük olan Nərminə biz də uğur
arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий