Əsədova Fatimə
Füzuli qızı 14 fevral 2006-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Fatimə
körpəlikdə çox dəcəl, aktiv uşaq olub. Hər şeylə maraqlanıb. O, heyvanlar və təbiət
barədə hər şeyi bilməyə çalışırdı. Fatimə rəqəmləri 3 yaşında olarkən bilirdi.
Hərfləri 5 yaşında bağçada müəllimələri öyrədiblər. Onun riyaziyyata və şahmata
daha çox marağı olmuşdur. Bu marağı 5-6 yaşlarından üzə çıxıb.
Fatimə təhsilini Xətai rayonu İlham Məmmədov
adına 261 saylı məktəb-liseydə alır. Sinif rəhbəri Fidan Dadaşova onun nümunəvi
şagirdlərdən olduğunu deyir. Fatimə dərslərini çox yaxşı oxuyur, sinif əlaçısıdır.
Ən sevdiyi fənlər isə riyaziyyat və həyat bilgisidir. Fatimə sinif rəhbəri
Fidan Dadaşova tərəfindən təşkil edilən bütün tədbirlərdə fəal iştirak
etmişdir. II sinifdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbirdə
Fatimə vətənpərvər Xaqan rolunda çıxış edib.
Qobustan ekskursiyası, ulu babalarımızın
yaşadığı yerləri gəzmək onu torpağımıza daha da bağlamışdır. Onun üçün ən
maraqlı gün Şəhidlər Xiyabanını ziyarət elədiyi gündür.
Fatimə əldə etdiyi uğurlarına və nailiyyətlərinə
görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir. O, riyaziyyat
üzrə olimpiadada respublika birincisi olmaq istəyir.
Fatimə asudə vaxtlarında şahmat oynamağı, şəkil
çəkməyi, rəqs etməyi, üzməyi çox sevir. Əsas planı yaxşı oxumaq, müəllimlərinin
və valideynlərinin ümidini daim doğrultmaqdır. Ən böyük arzusu həkim olmaq və
insanların sağlamlığının qayğısına qalmaqdır. Onun fikrincə, tarixin yaddaşında
yaşamaq üçün dünya şöhrətli həkim olmalı və insanlara uzun ömür bəxş etməlidir.
Комментариев нет:
Отправить комментарий