Allahverdiyev
Rəhim Əzim oğlu 2006-cı ilin oktyabr ayının 22-də Bakı şəhərində anadan
olmuşdur. Rəhim körpəlikdə çox sakit uşaq olmuşdur. Bütün uşaqlar kimi müxtəlif
oyuncaqlarla oynamağı xoşlayıb. Rəhim istedadlı uşaqdır. Onun istedadını Rəhimin
3-4 yaşlarında atası aşkarlamışdır. Atası onu idman məşqlərinə yazdırmışdır. Rəhim
idmanı çox sevən, daim hərəkətli uşaq idi. İdmana xüsusi bir maraq göstərirdi.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bütün bunları ona anası öyrətmişdir.
Rəhim Abşeron
rayon Hüseyn Axundov adına Saray qəsəbə 3 saylı orta məktəbin şagirdidir. Sinif
rəhbəri Sevil Əmrahova da onun barədə yüksək fikirdədir. Eyni zamanda cüdo ilə
məşğul olur. Məşqçisi Rüfət müəllimdir.
Bütün fənləri
sevərək oxuyur və ən çox sevdiyi fənn riyaziyyatdır. Məktəbdə keçirilən bir çox
tədbirlərdə fəal iştirak edib. Rəhim 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə
və Novruz şənliyində dəfələrlə iştirak etmişdir. O, bu tədbirlərə sinif
yoldaşları ilə birlikdə böyük bir həvəslə hazırlaşırdı. Rəhim keçirilən tədbirlərdən
diplom, tərifnamələr qazanmışdır. Rəhim xüsusi istedada malik olduğundan
idmanda da bir çox diplomlarla mükafatlandırılmışdır. Rəhimin bu nailiyyətləri
qazanmasında valideynlərinin və müəlliminin böyük əməyi olmuşdur.
Asudə
vaxtlarını dostları və qardaşı ilə oyun oynamaqla keçirir. Gələcəkdə yüksək vəzifəli
bir şəxs olmaq istəyir. Onun ən böyük arzusu dövlət işçisi olmaqdır. Bibisi
oğlu ona bu fikrə düşməyə örnək olub. Rəhim barəsində televiziya proqramlarında
məlumat verilmişdir.
Hədəflədiyi ən
yüksək zirvə isə yaxşı bir idmançı olmaqdır. Rəhim çalışır ki, dərslərində müfəvvəqiyyətli
və uğurlu olsun, nailiyyətlər əldə etsin.
Комментариев нет:
Отправить комментарий