Şərifli Leyla Pərviz qızı 1 yanvar 2000-ci ildə Bakı şəhərində anadan
olub. Leyla körpəlikdə çox aktiv uşaq olub. On aylıq olarkən yeriməyə başlayıb.
Artıq üç yaşı olanda məharətlə və dəqiqliklə şəkilləri rəngləməyə başlayıb. Elə
həmin vaxtdan da rəqsə böyük maraq göstərib. Beləliklə də böyük bacısı ilə birgə
Qurban Abbasov adına Mədəniyyət Sarayına, milli rəqs bölməsinə getməyə
başlayıb. Rəqsi çox böyük həvəslə mənimsəyib və müxtəlif tədbirlərdə çıxış etməyə
başlayıb. Onun təhsilə marağı elə uşaq yaşlarından gözə çarpırdı.
Leyla hazırda Qaraçuxur qəsəbəsindəki Nazim Rəfiyev adına 104 saylı
tam orta məktəbin X sinfində təhsil alır. Hər il məktəbi əla qiymətlərlə başa
vurur. Bütün fənnləri çox sevir. Ən sevdiyi fənnlərsə həndəsə, cəbr, fizika və
tarixdir.
Məktəbdə keçirilən əksər tədbirlərdə iştirak edib və riyaziyyat üzrə
bilik yarışında ikinci yeri qazanıb.
Leyla üçün ən yaddaqalan gün V sinifdə oxuyarkən əlaçı olması səbəbiylə
sinif rəhbəri tərəfindən hədiyyələndirildiyi gündür. Sinif rəhbəri Sülhəddin Allahverdiyev
dediyinə görə Leyla onun sağ əlidi.
Leyla əldə etdiyi uğurlara görə müəllimlərinə, valideynlərinə və
xüsusən də sinif rəhbərinə minnətdardır.
Uşaqlıqdan Leylanın arzusu cərrah olmaqdır. O, beyin cərrahı olub, xəstələrə
şəfa vermək və xeyriyyəçi olmaq arzusundadır.
Leyla böyük bacısıyla birgə boş vaxtlarında bədii kitab oxumağı da
xoşlayır. Oxuyub bitirdikdən sonra bacısıyla həmin əsəri müzakirə də edirlər.
Özlərinə məxsus münasibət bildirirlər. O, həm də musiqi dinləməyi və maraqlı məlumatlar
toplamağı da xoşlayır.
O, incəsənətin təsviri incəsənət növünü çox sevir. Çünki rəsm çəkmək
onun hobbisidir.
Leyla gələcəkdə böyük xeyriyyəçi olub uşaq evi açdırmaq və onlara
qayğı göstərmək istəyir. Həkim olduqdan sonra isə ən savadlı həkimləri bir
araya toplayıb, yeni bir xəstəxana açmaq arzusundadır. Onun gələcəklə bağlı
planları lap çoxdu. Təhsilini Almaniyada davam etdirmək istəyir. Təbabətin
sirrlərini öyrənib bu sahənin lap dərin qatlarına getmək istəyir. Bu sahədə
müdafiə edib alim, akademik olmaq arzusundadır.
Leyla rəqs edərkən onu bir sıra konsertlərdə televiziya kanalları çəkib
ictimaiyyətə göstərib.
O, hər zaman valideynlərinin və müəllimlərinin başını ucaltmağa
çalışır. Vətəninə, millətinə xeyirli vətəndaş olmaq istəyir.
Uğurların bol olsun cərrah xanım!
Этот комментарий был удален автором.
ОтветитьУдалить