İstedadlı gənclәrimizdәn biri də Şirindir. Axundova
Şirin Elnur qızı 30 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O,
körpәlikdәn şən, maraqlı, diqqət tələb edən uşaq olub. Musiqiyə meyilli olub.
Nağıl və hekayələr dinləməyi xoşlayıb. Dənizi sevir, yaxşı üzə bilir. Məktəbə
gedənə qədər yazıb-oxumağı bacarıb. Bunları anasından və uşaqlar üçün təhsil mərkəzlərində
öyrənmişdir. Şirin yaradıcı uşaqdır. Onun çoxlu rəsmləri və əl işləri var.
Hazırda Tahir Hәsәnov adına 23 №-li tam orta məktəbin rus bölməsində VI sinifdə
təhsil alır. Əlaçıdır. Ən sevimli fənləri riyaziyyat, biologiya, fizika və
musiqidir. “Alisa möcüzələr aləmində” əsərinin ingilis dilində tamaşasında
Qırmızı Şahzadə rolunu oynamış, aktyorluq bacarığına görə diplom ilə təltif
olunmuşdur. Məktəbdə keçirilən müxtəlif olimpiadlarda iştirak edir. Bundan
başqa, istirahət məkanlarında yay tətili zamanı uşaqlar üçün təşkil olunan
müsabiqələrdə iştirak etmiş və bir çoxunda qalib gəlmişdir. Əldə etdiyi
uğurlara görə anasına borclu olduğunu deyir. Çünki anası hər zaman ona dəstək
olur. Şirin həyatda anasına oxşamağa çalışır.
Böyüyəndə neyrocərrah olmaq istəyir. Seçdiyi həkim-neyrocərrah
peşəsində yüksək səviyyəli və bacarıqlı peşəkar olmağı qarşısına məqsəd qoyub.
2016-ci ilin noyabrından, uşaqlar üçün təşkil olunmuş biologiya üzrə kurslara
qatıldıqdan sonra bu qərara gəlib. Bu, onun ən böyük arzusudur. Çətin peşə olsa
da, Şirin üçün çox maraqlı gəlir. Ətrafındakı insanlara, qocalara, kimsəsiz
uşaqlara kömək etmək də Şirinin bitib-tükənməyən arzularından biridir.
Uşaqların çoxusu kimi, o da asudə vaxtında
videooyunlar oynayır, kitab oxuyur, bəzən də naxış tikir. Uşaqlar üçün nağıl və
maraqlı hekayələr yazmağı sevir, yazıçılığa meyli var, mahnı oxumağı və musiqiyə
qulaq asmağı xoşlayır.
Onun maraqlı arzuları var. Bunlardan biri də neft sənayesində
mədən sahibi olmaqdır. Buradan əldə edəcəyi gəliri kimsəsiz insanlar və
heyvanlar üçün xüsusi sığınacaqlara sərf etmək istəyir. Yardıma ehtiyacı
olanlara kömək edərək tarixin yaddaşında vətənpərvər, xeyriyyəçi kimi qalmaq arzusundadır.
Комментариев нет:
Отправить комментарий