Daha bir istedadlı yeniyetməmiz Leyladır. Leyla Elxan qızı İbrahimova
17 iyun 2004-ci ildə Bakı şəhərində anadan olub. Onun bütün ad günləri böyük
bir bayram kimi qeyd edilir. Leyla körpəlikdən çox ağıllı bir uşaq olub. Hər
şeyə maraq göstərib. 1 yaş 5 aylığında o, artıq çoxlu şeirlər bilir, rəsmlər çəkirdi.
O, 3 yaşında yazıb-oxumağı bacarıb. Ailə xarici dilləri mükəmməl bildiyinə görə
Leyla ilə xarici dillərdə danışırdılar. Buna görə də Leyla uşaq yaşlarından Azərbaycan
dili ilə yanaşı rus və ingilis dilində də sərbəst danışırdı. İndi isə o, artıq
alman dilində də çox gözəl danışmağı bacarır. Dərsləri ilə özü sərbəst məşğul
olur. Rəqs, üzgüçülük, rəsm kurslarına gedir. Kiçik yaşlarından rəsmə xüsusi
maraq göstərib. Bu həvəsi onda görən valideynləri ona barmaq boyaları
almışdılar. Leylanı 4 yaşından Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinə
yazdırıblar. İlk rəsm müəllimi Rəhilə xanım olub. Rəssamlığın incəliklərini
Leylaya Rəhilə xanım öyrədib. Leyla 11 yaşına kimi qaleriyada yaradıcılıqla məşğul
olub. Ölkəmizdə və ölkəmizdən kənarda keçirlən onlarla sərgi, müsabiqələrin
qalibi və iştirakçısı olmuşdur.
Tahir Həsənov adına 23 №-li tam orta məktəbdə təhsil alır. Leyla dərslərini
əla qiymətlərlə oxuyur. Riyaziyyat, fizika, biologiya, coğrafiya və xarici dil
fənlərini daha çox sevir. Məktəbin fəal şagirdlərindəndir. Demək olar ki, məktəbdə
keçirlən bütün tədbirlərdə iştirak edib.
Həyatında çox sayda uğur qazanıb. Bakıda təşkil edilən ilk fərdi sərgisi,
Parisdəki sərgisi, ombudsman Elmira Süleymanovanın, məşhur rəssam Ömər
Eldarovun, Arif Hüseynovun, Ağəli İbrahimovun, Fərhad Xəlilovun və Fövqəladə hallar
naziri Kamaləddin Heydərovun onu təltif etdikləri günlər Leylanın yaddaşından
silinməyəcək günlərdir. Onun əl işləri bir çox kataloqlarda nəşr edilib.
Yaradıcılıqda özünəməxsus fantaziyası olan qızdır.
Əldə etiyi bütün nailiyyətlərə görə özünü üzərində əməyi olan
insanlara, ilk növbədə valideynlərinə və müəlimləri Kəmalə xanıma, Ağabacı
xanıma, Nərmin xanıma, Rəhilə xanıma borclu bilir.
Valideynləri ilə səyahət etməyi çox sevir. O, bir sıra ölkələrdə
olmuşdur. Almaniya, Fransa, İspaniya, İtaliya, Manacco, Luksemburq, BƏƏ, Türkiyə,
Macarıstan və Rusiyanın özünəməxsus xüsusiyyətləri onun yaradıcılığında öz əksini
tapmışdır. İstedadı ilə bağlı Azərbaycan televiziya kanalının “MAG” verilişində
və Azad Azərbaycan televiziya kanalının səhər verilişində qonaq olub.
Asudə vaxtalarında kitab oxuyur, hekayələr yazır.
Gələcəkdə həkim olmaq istəyir. Əvvəllər plastik cərrah olmağa maraq
göstərsə də, indi endokrinoloq olmaq istəyir. Təkcə Azərbaycanda yox, dünyada
sayılıb-seçilən həkim olmağa çalışacağını deyir.
Uğurların bol, yolun açıq olsun, Leyla.
Комментариев нет:
Отправить комментарий