Mamedova Gülsurə Emin qızı 1 may 2010-cu ildə İsmayıllı rayonunda anadan olub. Ailəsinin ilk sevinci olan Gülsurə çox ərköyün, dediyini etdirən və hamı təərfindən sevilən uşaq olub. Boş vaxtlarında uşaqlarla oynamağı, cizgi filimlərinə baxmağı çox sevir. 3 yaşına kimi balaca Gülsurənin təhsili ilə anası məşğul olub, 4 yaşında uşaq bağçasına gedib və orda ən sevilən uşaqlardan biri olub. Bağçadakı şənliklərdə bir çox tədbirlərdə fəal iştirak edib.
5 yaşından şahmat kursuna gedib. Evdə boş vaxtlarında atası ilə şahmat oynamağı çox sevir. Gülsurə 2016-cı ildə Göyçay rayon Akademik Ziya Bünyadov adına 3 saylı məktəbdə təhsil pillələrinə ilk addımını atıb. Sinif rəhbəri Kəmalə xanımı çox sevir. Dərslərini yaxşı oxuyur, şeir deməyi çox sevir. Sinifin fəal şagirdlərindəndir. Ən çox sevdiyi fənn riyaziyyatdır.
Bu il məktəbdə keçirilən Yeni il şənliyində Qar qız rolunda çıxış edib. Müəllim və şagird dostlarının rəğbətini qazanan Gülsurə yaxşı oxuyub həkim olmaq istəyir. Bu onun humanist və ürəyiaçıq olmasından irəli gəlir. Hamıya kömək eləmək istəyi onda bu fikri yaradıb.
Atası onun idealıdır həmişə atasına oxşamaq istəyir və həyatda ən çox atasını sevir.
Tarixin yaddaşında savadlı həkim kimi qalmaq istəyir.
Bizdə "İstedadlar.biz" redaksiyası olaraq gələcəyin həkiminə uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий