Əliyeva
Türkanə İltifat qızı 2003-cü il yanvarın 1-də Bakı şəhərində dünyaya göz açıb.
O, məktəbə gedənə qədər bütün hərfləri tanıyır, saymağı bacarır, dövlət rəmzlərini
bilir və təhlil edirdi. Əmircan qəsəbəsindəki Dilavər Məmmədzadə adına 232 saylı
tam orta məktəbin şagirdidir. Çalışqan və məsuliyyətli şagirddir. Azərbaycan
dili, fransız və ingilis dili, tarix fənlərinə daha çox marağı var. Məktəbin
bütün tədbirlərində fəal iştirak edir, şeir söyləyir. Uğurlarına görə fəxri fərmanla
təltif olunub. IV sinifdə oxuyarkən məktəblərarası sınaq imtahanında II yer
tutub və sertifikat alıb. Şeir deməyi çox sevir. Yaxşı şeir dediyinə görə
“İcmal” qəzetinin 26 noyabr 2012-ci il tarixli sayında “Üçrəngli bayrağım”
başlığı altında haqqında məlumat verilib. Əldə etdiyi uğur və nailiyyətlərə görə
özünü Allaha, valideynlərinə borclu hesab edir. Müəllimlərinin onun üstündə əziyyətini
və valideynlərinin dəstəyini yüksək qiymətləndirir.
Asudə
vaxtlarını kitab oxuyur və bilik yarışmalarını izləyir.
Ən böyük
arzusu cərrah olmaqdır. Düşünür ki, yaxşı cərrah olmaqla insanların
sağlamlığının keşiyində duracaq və vətəninə olan vətəndaşlıq borcunu bu cür
yerinə yetirəcək. Tarixin yaddaşında tanınmış cərrah, yaxşı insan kimi qalmaq
istəyir.
Комментариев нет:
Отправить комментарий