Əliyeva Nərmin Tahir qızı 9 yanvar 2004-cü ildə
Bakı şəhərində anadan olub. Uşaqlıq dövrü çox maraqlı keçmişdir. Üç yaşına kimi
çox sakit, lakin diqqətli bir qızcığaz olmuşdur. Bir az böyüdükdən sonra ətrafda
gördükləri ilə maraqlanmış və tez-tez suallar verməyə başlamışdır. Üç yaşında
“Bacarıqlı əllər” dərnəyində iştirak etmiş, dörd yaşında məktəbəqədər hazırlıq
kurslarına getmişdir.
I sinfi Bakı şəhər 60 №-li orta məktəbdə, sonra N.
Tusi adına liseydə oxumuş, hazırda isə İdrak liseyin VII sinfində təhsilini
davam etdirir. Oxuduğu illər ərzində dərslərindən aşağı qiymət almayıb. Həmişə
dərs əlaçısı olmuşdur. İngilis və alman dillərini mükəmməl öyrənməyə böyük həvəs
göstərir, hər iki dil üzrə müxtəlif kursların dinləyicisi olub. 2015-ci ildə
Almaniya Federativ Respublikasının Landsxut şəhərində keçirilən kurslarda
iştirak etmək üçün dəvət almış, onun dinləyicisi olmuş və yekunda diplomla təltif
edilmişdir. Ədəbiyyat, biologiya və kimya fənlərinə böyük maraq göstərir. Rus,
ingilis və alman dillərində inşa yazmağı çox xoşlayır. Hələ ibtidai sinifdə
oxuduğu zaman sinif rəhbəri Natəvan Abdullayevanın zəhməti sayəsində musiqiyə
böyük həvəsi yaranmışdır.
Nərmin balaca uşaqları çox sevir və onlara böyük məhəbbəti
var. Bəlkə elə buna görədir ki, o, uşaq həkimi olmaq arzusundadır. Onun әn
böyük arzusu orta mәktәbi müvəffəqiyyətlə bitirmәk vә istədiyi ali mәktәbә
daxil olmaqdır.
Комментариев нет:
Отправить комментарий