Eminli Leyla Elbrus qızı 30 oktyabr 2010-cu ildə Göyçay şəhərində dünyaya göz açıb.
Hazırda Göyçay şəhər Akademik Ziya Bünyadov
adına 3 saylı tam orta məktəbdə
təhsil alır. Dərslərini əla oxuyur. Əslində bütün fənləri sevir, amma ən çox
sevdiyi fənn riyaziyyatdır. Hələ uşaq bağçasında tərbiyə alarkən müəllimi onu Göycayda
keçirilən Nar bayramına aparmışdı və bu tədbirdə Leyla şeir söyləmişdi. Daha
sonra Heydər Əliyevin doğum günündə rayonlarında təşkil olunan tədbirdə də
iştirak etmiş və şeir söyləmişdir.
Bu il
keçirilən yeni il şənliyində də fəal iştirak etmişdir. Həyatında hələ ki ən
uğurlu günü məktəbə getmək üçün verdiyi imtahandan uğurla keçdiyi gündür.
Göycay şəhəri üzrə 5 yaşlılar arasında ən yuksək balı Leyla toplamışdı.
Əldə
etdiyi uğurlara görə valideynlərinə və müəlliminә borcludu.
Gələcəkdə ibtidai
sinif muəllimi olmaq və bu işdə uğur qazanmaq istəyir. Bu fikrə məktəbə getdikdən
sonra düşüb və bu sənətə marağı onda
Kəmalə müəllim oyadıb.
Asudə
vaxtlarında şəkil çəkir, nağıl kitabları oxuyur. Rəsm çəkməyi daha çox
xoşlayır. Gələcək planlarını
həyata keçirə bilmək üçün yaxşı oxumalı olduğunu, valideynlərinin və müәllimlәrinin
ona göstərdiyi yolla düzgün addımlamalı olduğunu dərk edir.
Tarixin
yaddaşında qalmaq üçün ali təhsil almalı, öz işində uğur qazanmalıdır. Vətəninə
dövlətinə layiqli övlad olmalı olduğunu düşünür.
Biz dә
redaksiyamız adından Leylaya uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий