Hamımız yaxşı bilirik ki, istedadlı
uşaqlar hәmişә göz önündә olurlar. Onladan biri dә Nadirdir!
Nadir 2004-cü il sentyabrın 3-dә Bakı
şәhәrində Seyfullayevlər ailəsində dünaya göz açmışdır. Arzulanan, nənələrinin,
babalarının səbrsizliklə yolunu gözlədiyi Nadir balanı qucağına alan babası məhz
bu nəvəsinə öz adını verməli olduğu qərarına gəlir. Və bu hiss onu aldatmır. Balaca
Nadir böyüdükcə, uğurları artdıqca, babasının, valideyenlərinin fəxrinə
çevrilir.
Danışmağa başladıqı dövrdən hər
eşitdiyi kiçik bir şeir parçasını dəqiqliyi ilə təkrarlaması, riyazi misalları
dərhal cavablandırması onun gələcəkdə savadlı, intellektual, ölkəsinə, xalqına,
ailəsinə xeyirli bir övlad olacagını sübut edirdi. Riyaziyyata olan maragı onu
şahmat məktəbinə gətirib çıxartdı. O hələ uşaq vaxtlarından Uşaq və Gənclər
Olimpiya Mərkəzində, Şahmat Mərkəzində keçirilən bir çox yarışmalara qatılır, Azərbaycan
üzrə rayonlarda keçirilən bütün yarışmalarda müvəffəqiyyətlə çıxış edir. Və
sonda bütün pillələri adlayaraq I dərəcə normativini də yerinə yetirir. Bu nəticələri
əldə etməkdə müəllimi Günay xanımın böyük zəhməti olmuşdur.
Nadir hələ 5 yaşında N. Tusi adına Gimnaziyada
fəaliyyət göstərən məktəbəqədər kurslara qəbul olmuş, bu kursları müvəffəqiyyətlə
bitirib həmin gimnaziyanın I sinfinə qəbul olmuşdur. Gimnaziyada oxuduğu müddətdə
gözəl müəllim kollektivinin sayəsində mükəmməl biliklərə yiyələnmişdir. Musiqi,
rəsm, üzgüçülükdə əldə etdiyi nailiyyətlərə görə də bu gimnaziyaya borcludur.
İngilis dili müəllimi Aytən xanım və
sinif rəhbəri Natavan xanıma dərin təşəkkürünü bildirir. Aytən xanımın Nadirdə ingilis
dilinə qarşı yaratdığı məhəbbət onu gələcəkdə tərcüməçı-diplomat olmağa həvəsləndirdi.
Hazırda ingilis dilindən əlavə alman, fransız, ispan dillərini öyrənməklə məşguldur.
Nadir haqqında danışacaqlarımız bu
qәdәr. Gәlәcәk uğurları bundan da çox olsun. Ailәsinә layiqli övlad olsun.
Uğurlar olsun Nadir!
Niger
ОтветитьУдалить