Adı Ülkər
qoyuldu ki, gələcəkdə ulduz kimi parlasın.
Körpəlikdə
çox həssas, mehriban, incəsənətə meylli uşaq olub. Rəsm çəkməyi çox sevərdi. Pişikdən
çox xoşu gəldiyi üçün ən çox çəkdiyi şəkillər pişik şəklidir. 10 yaşında ona molbert
aldılar. O, dəmir ayaqlı olan taxta çamadandan necə istifadə eləməyi bilmirdi.
Atası ona bu qurğunu açıb-bağlamağı öyrətdi. Ülkər buna çox sevindi.
Ülkər Əziz
qızı Məmmədova 1994-cü il aprel ayının 10-da Bakı şəhərində anadan olub. 2000-ci
ildə 299 saylı məktəbə daxil olub, 2009-cu ildə həmin məktəbin IX sinfini
bitirib.
Rəssamlıq
Akademiyasının nəzdində İncəsənət Kollecinin rəngkarlıq fakültəsinə daxil olub.
Dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri ana dili, ədəbiyyat, tarix, fizika,
rəsmxəttdir. Məktəbdə keçirilən tədbirlərdə layiqli yer tutub.
“Uşaq ili”
tədbirlər planı üzrə 24 fevral 2009-cu ildə keçirilən “Müharibə uşaqların gözü
ilə” rəsm müsabiqəsində I yerə layiq görülüb. Rəssamlıq sahəsində uğur qazanmasında
özünü atasına borclu bilir. Atasının çəkdiyi şəkillərə baxıb həvəsləndiyi üçün bu
peşəni seçdi. Leanardo Da Vinçi, S. Bəhlulzadə, T. Salahov kimi dahi rəssamları
özünə örnək seçib.
Asudə
vaxtlarında şəkil çəkməyi, musiqiyə qulaq asmağı, dəniz kənarında gəzməyi
xoşlayır. Xoşbəxtliyi arzularının həyata keçməsinində görür.
Gələcəkdə kolleci
bitirib Rəssamlıq Akademiyasına daxil olmaq istəyir.
e-mail: merkuri1994@box.az
Комментариев нет:
Отправить комментарий