Ağagül
bəy atasının adını yaşatmaq məqsədilə yeni dünyaya gələn oğluna Novruz adını
qoyur. Novruz babasının adını daşımaqla bərabər, gənc yaşında vəzifə borcunu
yerinə yetirərkən həlak olmuş atasının adını öz həyat tarixinə yazmaq üçün ona
şeir həsr edir. Bu Novruzun yazdığı ilk şeir idi. İlk şeirini yazanda Novruzun
cəmi 5 yaşı vardı.
Nuriyev
Novruz Ağagül oğlu 9 iyul 1990-cı ildə Bakı şəhərində hərbiçi ailəsində dünyaya
göz açmışdır. 1996-cı ildə Yasamal rayonundakı milli qəhrəman M. İbrahimov
adına 153 saylı orta məktəbin I sinfinə gedən Novruz məktəbə getməzdən əvvəl
kiril və latın qrafikaları ilə sərbəst şəkildə oxuya bilirdi. Yaşına uyğun
olaraq əsasən nağıl kitabları oxusa da, evlərindəki digər bədii əsərlərin
adlarını və müəlliflərini əzbər bilirdi. Orta məktəbdə bütün fənləri həvəslə
oxusa da, tarix onun sevimli fənninə çevrilir. Hələ ibtidai siniflərdə oxuyanda
məktəbin bir sıra tədbirlərində iştirak edirdi. Bu tədbirlər arasında məktəbdə keçirilən bayram
şənlikləri, şairlərin, yazıçıların xatirə günlərini qeyd etmək olar.
2007-ci ildə
153 saylı orta məktəbi əla və yaxşı qiymətlərlə başa vuran Novruz elə həmin il
yüksək balla (591) Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinə daxil
olur. Fakültə üzrə ən yüksək bal topladığından tələbə biletini universitetin
rektoru Abel Məhərrəmov şəxsən təqdim edir. Tələbəlik illərində daha çox
yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olur. Universitetin “Bakı
universiteti” qəzetində məqalələr və şeirləri çap olunur. Fafültə Tələbə Gənclər
Təşkilatının sədr müavini, Universitet Tələbə Gənclər Təşkilatının idarə heyətinin
üzvü olur. Bu təşkilatlardakı fəaliyyəti çərçivəsində həm fakültədaxili, həm də
universitetdaxili “Nə? Harada? Nə vaxt?” bilik yarışmasının bir neçə mövsüm təşkilatçılarından
biri olmuşdur. Fakültə divar qəzetinin ideya müəllifi və həmtəsisçilərindən biri
olub.
2009/2010-cu
tədris ilində III kursda oxuyarkən “Universitet daxilində tədris olunan xarici
dillər üzrə tələbələrin qarşılıqlı bilik mübadiləsinin təşkili” mövzusunda
layihəsinə görə universitetdaxili “50+50” qrant proqramının qalibi olur.
2009-cu ildə
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən “İlin ən yaxşı tələbəsi” fəxri
adı ilə təltif edilmişdir.
23-24 iyun
2010-cu il tarixində Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik
Toplantısında İslam İnkişaf Bankı müdirinin müşaiyətçisi qismində iştirak
etmişdir. Bu toplantıdakı iştirakı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
tərəfindən verilmiş xasiyyətnamə və qiymətli hədiyyələrlə, həmçinin, İslam İnkişaf Bankının Biznes Forumu tərəfindən
təşəkkür məktubu ilə qiymətləndirilmişdir.
2012-ci ildə
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin tam kursunu (magistr dərəcəsi)
fərqlənmə diplomu ilə bitirmişdir. Bu münasibətlə və oxuduğu müddətdə yüksək təhsil
göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə Bakı Dövlət
Universitetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Novruz hazırda
Azərbaycan Silahlı Qüvvəllərinin “N” saylı hərbi hissəsində hərbi xidmət keçir.
Novruzu dinləyək: “ - Orta məktəbi və universiteti əla
qiymətlərlə başa vurmuşam. Məncə həyatımın ən uğurlu günü instituta qəbul
olunduğum gün olub. Bütün nailiyyətlərimdə ilk növbədə anama və müəllimlərimə
borcluyam. Mənim formalaşmağımda onların rolu danılmazdır. Fikirləşirəm ki,
insan sağlamdırsa, sevdiklərinin və doğmalarının əhatəsindədirsə demək xoşbəxtdir.”
GƏNCLİK İLLƏRİ
GÖR
NECƏ DƏ GÖZƏLDİR, ÖMRÜN GƏNCLİK İLLƏRİ.
ÖMÜR
XATİRƏSİNİN HEÇ SOLMAYAN GÜLLƏRİ.
HƏYATA
QANAD VERİR, HƏR HADİSƏ, HƏR BİR AN.
GƏLƏCƏYƏ
UZANAR, ZAMANIN GƏNC ƏLLƏRİ.
BİR
KİMSƏ HƏMİN DÖVRÜ ƏSL ŞƏXSİYYƏT OLUR.
KİMİSİ
O İLLƏRİ MƏNASIZ BAŞA VURUR.
KİMLƏRSƏ,
ZƏHMƏTİNİN UĞURUNU QAZANIR.
KİMLƏRSƏ
DƏ TƏLƏBƏ ADINA LAYİQ OLUR.
ƏGƏR
GƏNCLİK DÖVRÜNDƏ KİM OLUBSA TƏLƏBƏ.
BİR
GÜN ONUN ÜÇÜN DƏ SƏSLƏNƏCƏK BU NƏĞMƏ.
"SIZLAR,
YADA DÜŞƏNDƏ ÜRƏYİMİN TELLƏRİ,
O
MEHRİBAN, O ƏZİZ TƏLƏBƏLİK İLLƏRİ."
BİR
SÖZLƏ, ÖMRÜMÜZÜN ŞİRİN GƏNCLİK ÇAĞINDAN.
BİR
FƏRD KİMİ HƏYATA HAZIR ATILARIQ BİZ.
İLLƏR
KEÇİB ÖMÜRDƏN, ARTIQ YAŞA DOLANDA,
MƏNALI
BİR HƏYATIN BƏHRƏSİN DADARIQ BİZ.
İnsan ömrü başdan-başa
sevgi üstə qurulmuş,
Allah, Ana, Vətən, Millət
bir də həyat sevgisi.
Allah sevgisi insana aləmdə
bir tac olmuş
Digər sevgilər də onu bəzəyən
qəlb incisi.
Mənə böyük bir lütf ilə
qismət olan vergini –
Şeir yazmaq nemətini bəxş
etmişsə Yaradan,
Niyə əziz dəyərimi şeirlə
vəsf etməyim?
O əziz nemətim sənsən, ey
ulu Azərbaycan!
Комментариев нет:
Отправить комментарий