İnsanın
yetkin şəxs olduqda nəyə qadir olacağını hələ uşaq yaşlarından sezmək
mümkündür. Bunu sezmək üçün sadəcə həmin uşağın maraq dairəsini diqqətlə izləmək
lazımdır. Qəhrəmanımız Ayaz körpəlikdə intellekt səviyyəsi yüksək olan bir uşaq
olub. Ən çox sevdiyi məşğuliyyətlər isə intellektal oyunlar olub. Ən
qeyri-adisi isə 5 yaşından əla şahmat oynaması idi. Ayaz məktəbə gedəndə əlifbanı
mükəmməl bilirdi. Bu qədər erudisiyalı olmasında uşaq bağçasındakı müəllimləri
və qardaşının danılmaz rolu olub.
Ayaz
Hüseynağa oğlu Qədirov 1986-cı ildə mayın 3-də dünyaya göz açıb. Həyatının yerdə
qalan hissəsini özündən öyrənək: “ - 1993-cü ildə 271 saylı məktəbin I sinfinə
daxil olub, V sinifə qədər həmin məktəbdə oxumuşam. 1997-ci ildən etibarən 96 saylı
məktəbə daxil olub, 2004-cü ildə həmin məktəbin məzunu olmuşam. Həmin ildə İqtisad
Universtetinin biznesin inzibatçılığı fakultəsinə 612 balla daxil olmuşam. 2008-ci
ildə bakalavr pilləsini müvəffəqiyyətlə bitirib, magistraturaya daxil olmuşam. IV
kursda təhsil alarkən “Parabank” ASC-nin Gənclik filialına sınaq müddətində
olan kredit məsləhətçisi vəzifəsinə işə qəbul olunmuşam.
2008-ci
il iyulun 1-də həqiqi hərbi xidmətə çağırılmışam. 2009-cu il iyulun 1-də həqiqi
hərbi xidməti başa vurmuşam. Hərbi xidmətimi bitirdikdən sonra “Parabank”
ASC-nin Gənclik filialına kredit məsləhətçisi vəzifəsinə bərpa olunmuşam. 2009-cu
ildə Azərbaycan Texniki Universtetinin mühəndis iqtisadiyyatı və menecement
fakultəsinin qiyabi şöbəsində təhsilimi davam etdirmişəm.
Orta
məktəbdə oxuduğum vaxtlardan texniki fənlərə və iqtisadiyyata olan marağım bu
fakultəni seçməyimə səbəb olub. Orta məktəbdə əlaçı olmuşam və sevimli fənlərim
texniki fənlər olub. Ali məktəbdə yaxşı oxumuşam və sevimli fənlərim müəssisə
iqtisadiyyatı, mühasibət uçotu və audit, ali riyaziyyat olub.
Ən
böyük arzum universtetə daxil olmaq idi. Ona görə də həyatımın ən uğurlu günü həmin
gün, ən uğurlu hadisəsi isə həmin hadisə idi. Sevdiyim ixtisasa yiyələndiyimə
görə anama və müəllimlərimə, xüsusən də mərhum Nailə xanıma borcluyam.
Asudə
vaxtlarımda kitab oxumaq, şahmat oynamaq ən sevimli məşğuliyyətimdir”.
Комментариев нет:
Отправить комментарий