elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 сентября 2012 г.

Əliyev Rüfət Yaşar oğlu

Rüfət ərəb sözü olub yüksəklik deməkdir. Rüfət körpəlikdə çox dəcəl olub. Xoşladığı məşğuliyyət isə fiziki təcrübələrlə müxtəlif cihazlar düzəltmək olub. Anası ibtidai sinif müəllimi olduğu üşün məktəbə gedənə qədər yazıb-oxumağı müəyyən qədər öyrənmişdi.
Rüfətin anası onunla bağlı fikirlərini bizimlə bölüşdü: “ - Bizə meyvə şirəsi çəkən maşın hədiyyə gətirmişdilər. Bir müddətdən sonra maşın işə düşmürdü. Usta bizə onu atmağı məsləhət gördü və düzəlməsinin mümkün olmadığını söylədi. Bu zaman Rüfət məndən xahiş etdi ki, onsuz atacaqsan, ver mənə söküb yığım. Bu vaxta qədər məndən dəfələrlə bunu xahiş etmişdi, icazə vermirdim. İndisə icazə verdim. Rüfət onu söküb yığdı və elektrikə taxanda işə düşdüyünü görüb çox təəccübləndim və sevindim. Ustanın edə bilmədiyini 11 yaşlı uşaq etdi. Deyirdi ki, mənim laboratoriyam olsaydı, mənim ixtiralarımı görərdiniz. Arzu edərdim ki, adının mənası kimi yüksək pillələrə qalxsın, vətənə xeyir verən oğul olsun.
Təhsil aldığı zaman evdə tez-tez müəllimi professor Rafiq Əliyev haqqında, onun dahi insan olduğu barədə saatlarla ürək dolusu danışırdı. Bir sözlə Rüfət dahi alim, professor Rafiq Əliyevin elminə pərəstiş etdiyinə görə onu özünə sənət idealı seçib. Rüfətin ən çox sevindiyi gün ali məktəbə qəbul olduğu gün olub. Çünki istədiyi fakultəyə qəbul olmuşdu. Buna görə müəlliminə və bacısına borclu olduğuna deyirdi. Bacısı Yeganə Əliyeva ADPU-nun riyaziyyat fakultəsində təhsil alır və qardaşı ilə çox ciddi məşğul olurdu. İndi o, vətən keşiyində durur. Sərhəd qoşunlarında xidmət edir. Kiçik çavuş rütbəsinə layiq görülüb. Hərbi xidmətdən qayıtdıqdan sonra magistraturanı bitirib, xarici ölkələrin birində təhsilini davam etdirmək arzusundadır. Yolun açıq olsun Vətən səninlə fəxr etsin”.
Rüfət Yaşar oğlu Əliyev 22 mart 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakıxanov qəsəbəsindəki 213 saylı məktəbə getmiş I və II sinifləri orada oxumuş, III və IV sinifləri isə həmin rayonun 252 saylı məktəbində davam etmişdir. Riyaziyyat və fizika fənlərinə daha çox meyli olduğu üçün V sinifdə imtahan verərək 72 saylı məktəb-liseyə qəbul olmuş və XI sinfə kimi orada təhsil almışdır. Riyaziyyat yönümlü lisey olduğu üçün ildə iki dəfə şagirdlərdən imtahan götürülürdü. Rüfət bu imtahanlardan hər zaman uğurla çıxırdı. Bütün fənləri yaxşı, texniki fənlərini əla oxuyurdu. Məktəblə yanaşı idmanın karate növü ilə məşğul olurdu. Tez-tez yarışlarda iştirak edirdi. 2006-cı ildə XI sinfi bitirib yüksək bal toplayaraq ADNA-nın informatika və hesablama texnikası fakultəsinə qəbul olur. 2010-cu ildə ADNA-nın bakalavr pilləsini müvəfəqiyyətlə başa vuran Rüfət imtahanları uğurla verib, ADİU-nun informatika və hesablama texnikası fakultəsinə qəbul olur. Rüfət hər zaman proqramçı olmaq arzusu ilə oxuyurdu. Bilgisayarı yaxşı bildiyi üçün bu sənətə marağı daha çox idi. Ali məktəbdə təhsil aldığı zaman proqram kurslarına gedir, daha mükəmməl proqramlar öyrənirdi. Burada da riyaziyyat, fizika və informatika fənlərinə üstünlük verir və əla oxuyurdu. Asudə vaxtlarında məşhur insanların həyatları ilə maraqlanır və məlumat toplayırdı.
72 saylı məktəb liseyin direktor müavini və sinif rəhbəri Qalib Abbasov: “ - 2005-ci il, 15 sentyabr, 72 saylı məktəb lisey, həndəsə dərsi. Həm riyaziyyat müəllimi, həm də sinif rəhbəri olduğum üçün şagirdlərin davamiyyətini yoxlayarkən diqqətlə şagirdlərin üzünə baxır və çoxillik pedaqoji təcrübəm əsasında onların məntiqi təfəkkürə malik olub-olmamasını özüm üçün müəyyən etməyə çalışırdım. Əliyev Rüfət Yaşar oğlu... diqqətlə şagirdə baxıram, onda nəsə qeyri-adi bir təxəyyül hissi duyuram. Zaman keçdikcə zənnimdə yanılmadığım aydın olur. Rüfət nəinki səylə oxuyan bir şagird, həmçinin mehriban və səmimi idi. Dərslərin hamısını yaxşı oxumasa da riyaziyyat və informatika fənlərinə xüsusi marağı var idi. Müəllimlərə verdiyi suallar məntiqi təfəkkürə arxalanırdı. Xüsusi istedadı ilə fərqlənən Rüfət məktəbdə yaradılmış “İstedad bankı”nın ən çalışqan şagirdi olmuşdur. O həm də məktəbin ictimai işlərində yaxından iştirak edir, dünyagörüşünün formalaşması qayğısına qalırdı. Sinif rəhbəri kimi valideynləri ilə daim əlaqə saxlayır və Rüfət haqqında yalnız xoş sözlər deyirdim. Səmimi, intellektual səviyyəli ailəsi var Rüfətin. İllər ötdü. XI sinfin son zəngi. Ayrılmaq istəmədiyim şagirdlər arasında Rüfəti görürəm. Həyəcanlıdır. Yanıma çağırıb, təbrik edirəm. Bir kəlmə ilə - etimadınızı doğruldacağam - deyir. O, dediyini etdi. Həmin il 540 bal toplayaraq ADNA-nın informatika və hesablama texnikası fakultəsinə daxil oldu. Tez-tez məktəbə gəlir, müəllimləri ilə görüşür və təhsil aldığı akademiyada yaxşı oxuduğunu deyirdi”.

Комментариев нет:

Отправить комментарий