elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 сентября 2012 г.

Ağakişiyev Məhəmməd Fərhad oğlu

 
Məhəmməd körpəlikdə çox aktiv uşaq olub. Şəkilli kitablara, yazı yazmağa çox maraq göstərirdi. Televiziyada maraqlı uşaq verlişlərinə həvəslə baxardı.
Məktəbə gedənə qədər yazıb-oxumağı çox gözəl bilirdi. Bunları ona əməkdar riyaziyyat müəllmi olan, Balakən rayonunda yüksək vəzifələrdə işləyən nənəsi Cerey Çobanova öyrətmişdir.
Məhəmməd Fərhad oğlu Ağakişiyev 1988-ci il aprelin 20-də Zaqatala rayonunda anadan olub. I və II sinifləri Balakən rayonu Mahamalar kənd orta məktəbində oxuyub. Sonralar III-XI sinifləri Balakən rayon Texniki Humanitar Təmayüllü liseydə oxumuş, oranı fərqlənmə atestatı ilə bitirmişdir. Orta məktəbi 2005-ci ildə qurtarıb, həmin ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universtetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına daxil olub.
Təhsildən əlavə “Forex” bazarı, marketinq-menecment sahələri ilə yaxından tanış olur. Müxtəlif bilgisayar proqramlarını (Word, Excel, 1C və.s) öyrənməklə məşğul olur. Mühasibat uşotuna, bank işinə dair keçrilən müxtəlif kurslarda treninqlərdə iştirak edir. Mütəmadi olaraq ingilis dilində biliklərini təkminləşdirir. Həvəskar jurlalist kimi müxləlif nəşrlərdə yazıları dərc olunub.
Musiqi məktəbini tarix ixtisası üzrə əla qiymətlərlə bitirib.
İlk müəllimi Məryəm Xəlilova: “ - Məhəmmədlə ilk tanışlıq zamanı onun müsbət keyfiyyətlərini görmək çətin olmadı. O, çox diqqətli və özünə qarşı tələbkardı. İlk baxışdan səliqəsi və mehribanlığı ilə diqqətini cəlb etmişdi. Onun biliyini həmişə əla qiymətləndirmişəm, çünki o buna tam layiq oğul idi. 43 illik müəllimlik fəaliyyətimdə qarşımda oturan şagirdlərin deyərdim ki, ən savadlısı Məhəmməd idi. Hər bir addımı onu başqalarından fərqləndirirdi. Məhəmməd birinci partada otururdu. Onun hər baxışında bir uğur, gözəl gələcək görür və elə onu da arzulayırdım.
Yolun uğurlu olsun,
Həyat gülsün üzünə.
Əməyinlə çatasan,
Hər elmin zirvəsinə.
Təmiz ürəyinlə, ülviyyətinlə,
Əhdinə, eşqinə, səadətinə.
Saflıqda su kimi ləyaqətinlə,
El oba içində seviləndən ol.”
Orta məktəbi fərqlənmə atestatı ilə bitirib. Bütün fənlərdən əla qiymətlər alıb. Ən çox sevdiyi fənlər coğrafiya, tarix, riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, biologiya olub. Aşağı siniflərdə oxuyandan məktəbdə keçirilən müxtəlif elmi yarışlarda fəal iştirak edib.
VIII-IX siniflərdə oxuyanda ana dili və coğrafiyadan keçirilən olimpiadanın rayon turunun qalibi olub. X-XI siniflərdə isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasında fərqlənib.
Rayon məktəbləri arasında keçirilən yarışlarda məktəb komandasının tərkibində qalib olub. Breyn-rinq bilik yarışında yaratdığı komanda ilə qalib olub. X sinifdə, 2004-cü il 12 mayın 12-də “İstedad sorağında” bilik yarışmasında coğrafiya fənni üzrə diplomla təltif olunub. 2004-cü martın 26-da Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika olimpiadasında fərqlənib. 22 mart 2005-ci ildə azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika olimpiadasında fərqlənib.
Ali məktəbdə dərslərini 4-5 qiymətlərlə ilə bitirib. Ən çox sevidiyi fənlər iqtisadi nəzəriyyə menecment və iqtisadiyyatın dövlət tənzimlənməsi olub.
Universitetə qəbul olduğu gün həyatının ən uğurlu günüdür.
Qəbul imtahanında göstərdiyi nəticələrə görə anasına minnətdardır. İxtisası üzrə ən yüksək pilləyə qalxarsa özünü çox xoşbəxt hiss edər. Bunun üçün çox çalışır.
Asudə vaxtlarında kitab oxumağı, musiqiyə qulaq asmağı, idmanla məşğul olmağı, xüsusi ilə də futbol oynamağı xoşlayır.
Şəxsiyyət kimi tarixin yaddaşında yaşamağı çox istərdi. Bunun üçün təhsilini durmadan təkmilləşdirib öz sahəsi üzrə mütəxəssis olmaq istəyir.

Комментариев нет:

Отправить комментарий