1994-cü
il iyulun 13-də Bakı şəhərində bir oğlan uşağı dünyaya gəldi. Atası çox sevindi
və onun adını Orxan qoydu. Orxan ordu başçısı deməkdir. Doğrudan da o adına
layiq böyüdü. Körpəlikdə o çox sakit, ağıllı, sözəbaxan uşaq idi. Elə o
vaxtlardan hiss etdilər ki, istedadlı bir uşaqdır və gələcəkdə bu istedadı ilə
ailəsini sevindirə bilər. Oyuncaqlardan müxtəlif formalar düzəldirdi. 4 yaşında
hərfləri, oxumağı, saymağı öyrəndi. Hiss etdilər ki çox gözəl havizəsi var. Onda
şeiri asanlıqla yadda saxlamaq qabiliyyəti güclü idi. Nağılları çox sevirdi. Hər gün ona nağıl danışmaqlarını istəyirdi. Özünü
müxtəlif nağıl qəhrəmanlarına oxşadırdı. Ailəsi hiss etdi ki, riyaziyyata böyük
marağı var. O, sonralar bu fikirlərin yanlış olmadığını göstərdi.
2001-ci ildə Biləcəri qəsəbə 299 saylı orta məktəbin I
sinfinə daxil oldu. İlk gündən müəllimi hiss etmişdi ki, o, istedadlı uşaqdır. Tez-tez
müəllimə maraqlı suallar verməyi və sualların cavablarına diqqətlə qulaq asmağı
xoşlayırdı. Eşitdiyi hər yeni sözün mənası ilə maraqlanır, daim nəsə öyrənməyə can
atırdı. Orxan dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənn riyaziyyat
və fizikadır. Bu fənləri ona Malik müəllim və Vaqif müəllim öyrədib. Onlar öz
sevimli şagirdləri ilə fəxr edirlər. Sinif rəhbəri Azadə müəllimə də Orxandan çox razıdır. Və hər dəfə
onun istedadlı, hərtərəfli uşaq olduğunu qeyd edir. Hələ I sinifdə Yeni il şənliyində
aparıcı olub. Onunçün ən maraqlı, yaddaqalan gün IV sinifdə yaşıdları arasında
keçirilən test
turnirində I yeri tutduğuna görə 31 may 2005-ci ildə məktəb direktoru tərəfindən
fəxri fərmanla təltif olunduğu gündür. O, gün yaddaşında həmişəlik həkk olundu.
29 may 2009-cu ildə məktəblərin fənn olimpiadasında, rayon turunda riyaziyyat fənni üzrə I
yer tutduğuna görə Bakı şəhər Təhsil İdarəsi
tərəfindən diplom ilə təltif olunub. Azərbaycan
Dövlət Neft Akademyasına daxil olmaq istəyir. İstəyir ki, gələcəkdə neft
istehsalında uğurlu nailiyyətləri olsun. Asudə vaxtlarında kitab oxumağı,
idmanla məşğul olmağı,
internetdən maraqlı məlumatlar əldə etməyi, intellektual verlişlərə baxamağı
xoşlayır.
O, xoşbəxtliyi ata yurdu Zəngilanın, bütövlükdə Qarabağın
düşmən tapdağından azad olmasında, ölkənin parlaq və müstəqil gələcəyində, arzularına çatmaqda
görür. İstərdi ki, seçdiyi ixtisas üzrə ən yüksək zirvədə olsun. O, kitab
oxumağı çox sevir. Bir çox kəlamlar var ki, onun heç vaxt yadından çıxmır:
“Bilik xoşbəxtlik üçün, bəzək bətbəxtlik üçün sığınacaqdır. (Demokrit)
“Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə
bilər ki, o özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə
uyğunlaşdırsın”. (M. F. Axundov)
“Elm sərkərdə, təcrübə isə onun əsgəridir”. (Leonardo da
Vinçi)
“Əqli, kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən,
üstünə yağış yağmış xam torpaq kimi canlanar”. (Əbül Fərəc)
“Kitab zamanın dalğaları üzərində səyahət edən, öz qiymətli yükünü
ehtiyatla nəsildən-nəsillərə yetirən fikir gəmisidir”. (F. Bekon)
Комментариев нет:
Отправить комментарий