elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 сентября 2012 г.

Cəfərova Leyla Məmmədbağır qızı


Qəhrəmanımız anasının rəfiqəsinin adını daşıyır.
Ana: “ - Rəfiqəm Leyla xanım mehriban, qayğıkeş, ağıllı, tərbiyəli qız olduğu üçün qızımın da ona oxşaması niyyətilə ona bu adı verməyi qərara aldım. Leyla körpəlikdə çox şirin uşaq olub, hər şeylə maraqlanıb, həmişə müstəqilliyə can atıb. Artıq 4-5 aylığından danışmağa cəhd edib, buna görə ayrı-ayrı qısa hecaları deməyi ona öyrətmişəm. 5 aylıqda ilk dediyi söz “nənə” olub. Kim onu dindirirdisə ona “nənə” deyirdi. 1 yaşından sonra isə yeriməyəvə, danışmağa başlayıb. Musiqini çox xoşlayıb, hətta mahnı oxumayınca yatmırdı. 2 yaşından başlayaraq şeirlər öyrənib. 3 yaşında artıq mahnı mətnlərini əzbərləməyə başlayıb. Bəzən istənilən mahnının sözlərini şəraitə uyğun dəyişib, kiməsə həsr edərək oxuyurdu. Şəkil çəkməyə çox həvəs göstərirdi, çoxlu şeir, mahnı bilirdi.Yaddaşı güclü idi. Bir dəfə eşitdiyi mahnını oxuya bilirdi. Ev işlərində mənə kömək etməyi xoşlayırdı”.
Leyla Məmmədbağır qızı Cəfərova 1994-cü il aprelin 13-də Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakıxanov qəsəbəsindəki 74 nömrəli orta məktəbin rus bölməsinə qəbul olunub. Dərsə başlayarkən rus dilini bilmirdi. Artıq 2 aydan sonra sərbəst danışıb, fikrini rus dilində izah edə bilirdi. Əlaçı olub, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib. 4 yaşında A. İsgəndərov adına Mədəniyyət Sarayında rəqs dərnəyinə yazılıb. Milli rəqslərlə məşğul olub. Mədəniyyət sarayında keçirilən “Yeni il” və “Novruz” şənliklərində fəal iştirak edib. 2006/2007-ci illərdə rəqs kollektivinin tərkibində Türkiyədə “23 Nisan Cocuk Bayramı”nda iştirak edib. Tire şəhərinin icra başçısı və bələdiyyə sədrinin birgə verdikləri “Katılım belgesi” ilə təltif olunub. Əla qiymətlərlə oxuduğu üçün məktəbdən də bir neçə fəxri fərman alıb. Şəkli məktəbin “Şərəf lövhəsi”ndə asılır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən sevimli fənlərim coğrafiya və riyaziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə iştirak edib, milli rəqsləri ifa edib, şeir söyləyib, kiçik uşaq səhnəciklərində iştirak edib.
2004-cü ildə əla təhsilə görə tərifnamə, 2006/2007-ci illərdə məktəbin ictimai həyatında fəal iştirakına görə fəxri fərman, 2006-cı ildə Yeni il şənliklərində fəal iştirakına görə A.İsgəndərov adına Mədəniyyət Sarayının fəxri fərmanı, 2007-ci ildə Tire milli egitim müdirliyinin “Kahlim belgesi”ni alıb. Onun bu uğurları qazanmasında valideynlərinin rolu böyük olub.
Leyla gələcəkdə iqtisadçı olmaq istəyir. Bank işi ilə maraqlanır. IX sinifdən bu fikrə düşüb. Asudə vaxtlarında televizorda tarixlə bağlı verilişlərə baxmağı, bəzən isə internetdə xəbərlər oxumağı xoşlayır.
2 dəfə Az.TV-də rəqs kollektivi ilə milli rəqslərlə çıxış edib. Gələcək planları çoxdur. Onları həyata keçirmək üçün ilk növbədə ali təhsil almağı qarşısına məqsəd qoyub. 

Комментариев нет:

Отправить комментарий