elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 сентября 2012 г.

Əmirova Nərmin Elşad qızı


Nərmin adının mənası “mehriban”, “incə” deməkdir. Həm də bacısı Nəzrinin adıyla həmahəng olduğuna görə seçilib. Nərmin körpəlikdə sakit, mehriban uşaq olub. Kiçik yaşlarından hər şeylə maraqlanırdı. Çoxlu suallar verir, hər bir hadisə barədə dəqiq məlumat almaq istəyirdi. Maraqlı oyunlar oynayır, gəlincikləri üçün hər dəbə uyğun cürbəcür paltarlar tikirdi. Kənddə uşaq bağçası olmadığına görə, uşaqlar 5 yaşı tamam olduqdan sonra məktəbin hazırlıq sinfinə gedirlər. Hazırlıq sinfinə gedənə qədər Nərmin yazıb-oxumağı bilirdi. 100-dən çox ədədləri saya bilirdi. Hamısını da özü öyrənmişdi. Ondan 2 yaş böyük bacısı Nəzrin və 4 yaş böyük bacısı Şəlalə dərslərini hazırlayanda o da dəftər-qələm götürüb yazır. Onlardan soruşub öyrənirdi. Nərmin maraqlı uşaq olub. Onunla bağlı maraqlı hadisələr çoxdur. İbtidai sinifdə oxuyanda bir dəfə onlara “Açıq dərs” olub. Müəllimə ağzını açan kimi o, yeni keçiriləcək dərsdən suallara cavab verirmiş. Dərsi izləyənlər elə bilir ki, müəllim əvvəldən şagirdi buna hazırlaşdırıb. Sonra məlum olub ki, Nərmin hər dərsdə qabaqcadan maraqlanıb öyrənir. Evdə də bizə həmişə sürprizlər hazırlayırmış. V sinifdə oxuyanda bir gün anasından plovun necə bişirildiyini soruşur. Ertəsi gün anası işdən günorta fasiləsinə gələndə, mətbəxdən gələn gözəl plov ətrini hiss edir. O, plovu bişirib dəmə də qoymuşdu. Gözəl də alınmışdı.
Nərmin Elşad qızı Əmirova 25 oktyabr 1994-cü ildə Lerik rayonunun Vizəzəmin kəndində anadan olmuşdur. Ə. Musayev adına Vizəzəmin kənd orta məktəbində təhsil alır. Hazırda X sinifdə oxuyur. İbtidai sinifdə oxuyarkən Azərbaycan tarixi, xalq qəhrəmanları, milli qəhrəmanlarla bağlı mövzuları həvəslə oxuyur, Qarabağla bağlı mövzuları oxuyanda hiddətini bildirirdi. Dərsdən sonra məktəbdə fənlər üzrə əlavə məşğələlərə gedir. Dərslərini həmişə əla oxuyur. Ən çox Azərbaycan dili, Azərbaycan tarixi, kimya, riyaziyyat, konstitusiya, insan və cəmiyyət fənlərini sevir. Məktəbdə keçirilən tədbirlərdə, Novruz bayramı şənliklərində, rəsm müsabiqəsində, inşa yazı müsabiqəsində iştirak edib. “Əlifba bayramı”nda aparıcı olub. 2007-ci ildə Azərbaycan-Türkiyə Özəl Lənkəran Liseyinin VI sinif şagirdləri arasında keçirdiyi riyaziyyat olimpiadasında fəxri fərmanla, 2011-ci ildə Lerik rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub. 2011-ci ildə respublika fənn olimpiadasında tarix fənni üzrə IV yerin qalibi olduğuma görə tərifnaməyə layiq görülüb.

Nərmin: “ - Gələcəkdə hüquq işçisi olmaq istəyirəm. Ağlım kəsəndən haqsızlığa, ədalətsizliyə qarşı olmuşam. V sinifdə Ata yurdu, VI sinifdə Azərbaycan tarixi fənnini keçdikcə, zaman-zaman xalqımıza qarşı baş verən ədalətsizliklər məndə bu arzunu gücləndirdi. İnsanların hüquqlarını qorumaq, haqsızlıq olan yerdə ədaləti bərpa etmək ən böyük arzumdur. Asudə vaxtlarımda bədii ədəbiyyat, tarixi əsərlər oxumağı, gül-çiçək toplamağı, kağızda naxışlar çəkməyi və kəsməyi, ev işlərində anama kömək etməyi, nənəmə qulluq etməyi xoşlayıram. Şeir yazmağı, rəsm çəkməyi xoşlayıram. Xalqımızın tarixini dərindən öyrənsəm, torpaqlarımızın düşmən işğalından azad olunmasında, əzəli ata-baba yurdlarımızın qaytarılmasında mənim də köməyim olsa, insan hüquqlarının tapdalanmasının qarşısını almağa nail olsam, potensial imkanlarından maksimum dərəcədə xalqım üçün istifafə edə bilsəm özümü xoşbəxt hiss edərəm. Kənd məktəbində oxuduğum üçün bir çox imkanlardan məhrumam. Musiqi alətlərində çalmaq istəyirəm. Ancaq kəndimizdə musiqi məktəbi yoxdur. Məktəbimiz köhnə olduğundan idman zalımız yoxdur. Meydançada voleybol oynayırıq. Şahmat oynamaq mənə xüsusi zövq verir. Məktəbi qızıl medalla bitirib yüksək balla III qrup ixtisası üzrə ali məktəbə qəbul olmaq, savadlı, qabiliyyətli, bir mütəxəssis olub, xalqıma xidmət etmək istəyirəm”. 

Комментариев нет:

Отправить комментарий