Növbəti
qəhrəmanımızın adı sonuncu peyğəmbərimiz Məhəmmədin (s.ə.s) qızının və nənəsi
Fatimənin şərəfinə qoyulmuşdur. Fatimə çox şirin, ünsiyyətcil və istedadlı uşaq
idi. Təhsilə və incəsənətə, rəqs etməyə, şeir deməyə, fortepiano çalmağa böyük
maraq göstərirdi . Məktəbəqədər dövrdə dərsə həvəsi çox idi. Nənəsinin köməyilə
“Əlifba”nın çox hərfini öyrənərək mətnləri oxuya bilirdi. Haqqı sevən,
düzgünlüyə böyük qiymət verən bir qız kimi böyüyürdü. Məktəbdə oxuduğu dövrdə sinif
yoldaşlarından bir oğlan haqsızlığa uğramışdı, Fatimə onu müdafiə etmək üçün
direktorun otağına getmişdi. Direktordan onu məktəbdən çıxarmamağı xahiş etdi və
onu öz himayəsinə götürməyə söz verdi. Ona məktəbi müvəffəqiyyətlə bitirməyə sona
qədər kömək etdi.
Fatimə
Feyruz qızı Quliyeva 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə 27
nömrəli məktəbə daxil olmuş, 2008-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin
il Moskva şəhərindəki Rusiya Dövlət Xalqlar Dostluğu Universtetinə daxil
olmuşdur. Hazırda həmin universtetin V kurs tələbəsidir. Eyni zamanda Hind
klinikasında hüquq məsləhətçisi işləyir. Əlavə olaraq Azərbaycan Sosial “AİD
and Avareness Program” cəmiyyətinin fəal üzvüdür.
Hər
zaman haqqın, ədalətin tərəfini tutan Fatimə orta məktəbdə yaxşı oxuyub, ən çox
humanitar fənlərə meyl göstərib. Yaxşı oxumağının nəticəsi olaraq dəfələrlə təşəkkürnamə
ilə təltif olunub. 1993-cü ildə UNİSEF-in təşkil etdiyi “Uşaqlar üçün Dünya Hərəkatı”
şüarı altında keçirilən respublika uşaq folklor musiqi festivalında iştirak
edib. 2001-ci ildə Azərbaycan Gənclər Birliyinin məktəblilər arasında keçirdiyi
ŞHK iştirakçısı olmuşdur. 2002-ci ildə “Səlahiyyətli təhsil” proqramı üzrə I
ümumrespublika məktəbinin iştirakçıları sırasında yer almışdır. Eyni ildə gənc
pianoçular festivalında iştirak edərək II yerə mükafatlandırılmışdır. 2005-ci
ildə Türkiyənin İstanbul şəhərində Türk Gənclərinin festivalında iştirak etmişdir.
Bu gün Fatimənin ən böyük arzusu ixtisasına uyğun
olaraq vətənində hüquq işçisi kimi işləmək və ədalətin bərqərar olması üçün dövlətinə
xidmət etməkdir.
Комментариев нет:
Отправить комментарий