elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 сентября 2012 г.

Vəlizadə Gülnar Baloğlan qızı

Gülnarın adı Azərbaycan televiziyasında nümayiş etdirilən bir tamaşadan götürülmüşdür. Həmin tamaşanın baş qəhrəmanları Gülnar və Elçin obrazlarıdır. Gülnardan sonra dünyaya gələn qardaşı isə Elçin adını daşıyır. Gülnar körpəlikdə çox ağıllı, istiqanlı bir uşaq idi. Gəlinciklərlə oynamağı çox sevərdi. Onlar cırılıb dağılsa belə, atmağa qoymazdı. Hələ dil açmazdan əvvəl yemək yeməyəndə ona “Əlifba” kitabı verirmişlər. Kitabı vərəqləyir, diqqətlə şəkillərinə baxır və yeməyini yeyərmiş. Gülnar həm də inadkar idi. İstədiyi şeyə nail olmasa sakitləşməzdi. O, indi də qarşısına qoyduğu məqsəd uğrunda mübarizə aparır.
Böyük bacısı Nigar I sinifdə oxuyanda Gülnarın 5 yaşı var idi. Nigar dərslərini öyrəndikcə, o maraqla dinləyir və hər şeyi mənimsəyirdi. Gülnar I sinfə daxil olanda hətta kiril qrafikasıyla yazıb-oxumağı bacarırdı. Uşaq jurnallarındakı şeirlərin, nağılların hamısını əzbərdən söyləyirdi. İlk müəllimi, rəhmətlik Əzizə xanım çox istedadlı uşaq olduğunu və gələcəkdə uğurlar qazanacağını deyirdi.
Gülnar Baloğlan qızı Vəlizadə 1992-ci il iyulun 17-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olub. 1990-cı ildə Bakıxanov qəsəbəsindəki 96 saylı orta məktəbin I sinfinə gedib. 2009-cu ildə həmin məktəbi yaxşı və əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət İqtisad Universtetinin ümumi iqtisadiyyat fakultəsinə daxil olub. Təhsildən əlavə bədii ədəbiyyat oxumağı, xarici dil öyrənmək, rəqs dərnəyinə getmək sevimli məşğuliyyətləri idi.
Gülnar: “ - Valideynlərimin arzusu məni həkim görmək idi. Ancaq mənim marağım tamam başqa idi. Orta məktəb müəllimlərim məndə iqtisadiyyata maraq oyatdı. Orta məktəbdə sevimli fənlərim coğrafiya, riyaziyyat və ingilis dili idi. Sinifdaxili, məktəbdaxili yarışmalarda iştirak etmişəm. 2008-ci ildə məktəblilərin fənn olimpiadasının şəhər mərhələsində ingilis dili fənni üzrə I yer tutmuşam və diplomla təltif olunmuşam.
Ali məktəbdə də dərslərimi uğurla davam etdirirəm. Yaxşı və əla qiymətərlə oxuyuram. Sevimli fənlərim ali riyaziyyat, iqtisadi nəzəriyyə, kibernetikadır. Həyatımda ən uğurlu, yaddaqalan günüm ilk dəfə əlimə çanta alıb məktəbə getdiyim gün olub. Cılız və balaca uşaq olduğum üçün valideynlərim həmin il məni məktəbə qoymaq istəmirdilər. Ancaq oxumağa o qədər böyük həvəsim var idi ki, sonda razılaşmağa məcbur oldular. Həmin günü heç vaxt unutmayacağam.
Bu ixtisası seçməkdə müəllimlərimin rolu böyük olub. Çünki respublikamız iqtisadi tərəfdən çox inkişaf etmişdir və etməkdədir. Bu inkişafda az da olsa payım olmasını istərdim. İxtisasım üzrə Əli Məsimov, Tofiq Quliyev, Vahid Əhmədov, Oqtay Haqverdiyev kimi mütəxəssislərə oxşamaq isəyirəm.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə valideynlərimə və 96 saylı məktəbin müəllim kollektivinə minnətdaram. Məktəbin direktoru Əminə Hüseynovaya, sinif rəhbərim Məktubə xanıma, fənn müəllimlərim Gülayə xanıma, Solmaz xanıma, Şöhrət xanıma həmişə özümü borclu hesab edirəm.
Ali məktəbə daxil olanda sevincimin həddi-hüdudu yox idi. O, gün mənim həyatımda yeni səhifə açıldı. Ali məktəbi bitirdikdən sonra iqtisadiyyatın hansı sahəsində mütəxxəsisə ehtiyac olsa, orada işləməyi üstün tuturam.
Hərə xoşbəxtliyi bir cür başa düşür. Mən xoşbəxtliyi vətənimin, torpaqlarının bütövlüyündə, Qarabağın azad olunmasında görürəm. Məncə bu bütün Azərbaycan gənclərinin arzusudur.
İxtisasımla bağlı ən yüksək zirvələrə çıxmağı arzulayıram və bunun üçün var gücümlə çalışıram.
Asudə vaxtlarımda ev işlərində anama kömək etməyi, bacımla və qardaşımla təmiz havada gəzməyi xoşlayıram.
Ali məktəbi bitirdikdən sonra magistraturaya daxil olmaq arzusundayam. Həyatda uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Mən də xalqıma lazımlı və faydalı vətəndaş olmaq üçün üzərimə düşən hər bir vəzifəni yerinə yetirməyə hazıram”.

Комментариев нет:

Отправить комментарий