Ata nənəsi
öz adını Tənziləyə qoyub. Körpəlikdə çox sakit uşaq olub. Ata və anasından ayrı
qalmağı xoşlamazdı.
Anası
Nuriyyə xanımın dediklərindən: “ - BDU-nun biologiya fakültəsinin V kursunda
oxuyanda Tənzilə anadan olub. Mən V kursda diplom işi ilə əlaqədar herbari
hazırlamaq üçün otlardan və çiçəklərdən ibarət material toplayırdım. Tənziləni
də lap körpə yaşlarından hara aparırdımsa əsas məşguliyyəti ancaq otları və çiçəkləri
toplamaq olurdu. Yüksək qavrama qabiliyyətinə malikdir. Mən ona hələ 3 yaşında
ikən M. Ə. Sabirin “Dinmə uşaqdır, uşağım”, “Yat-yat bala lay-lay” kimi satirik
şeirlərini axıra qədər çox asanlıqla öyrətmişdim. Məktəbə gedənə qədər həm
latın, həm də kiril qrafikası ilə yazıb-oxuyurdu. Lap uşaq yaşlarında şəkillər
çəkirdi. Meşədən yığdığı quru mamırlar, ağac göbələkləri və otlardan xüsusi mənzərə
tabloları düzəldirdi. Parça üzərində şəkillər çəkir və tikmə tikirdi”.
Orta məktəbə
getdiyi gündən sinif yoldaşlarından yüksək qavrama qabiliyyəti və savadı ilə fərqlənib.
Həmişə dərslərindən “əla” qiymət alıb. Yalan danışmağı xoşlamır. “4” alanda evə girməmiş valideynləri
onun neçə qiymət aldığını bilirdilər. Bir dəfə sinifdə oxuyanda riyaziyyat dərsindən
“4” aldı. Dərsdən
gəlib qapının ağzında durub qorxudan ağlayırdı. Elə bil cinayət törətmişdi. Sakitləşdirib
evə gətiriblər.
Yay tətillərində
uşaqlarla həyətdə oynamağa can atırdı. Günün əksər vaxtlarını imla, ifadə və
inşa yazmaqla, kitab oxuyub, çəkillər çəkməklə keçirirdi. İngilis dilinə çox həvəsi
var idi. Bu həvəsi onda ingilis diıli müəllimi oyatmışdı. Yüksək musiqi
duyumuna malikdir. Hələ musiqi məktəbinə getməmiş eşitdiyi mahnıları pianoda
çalmağı bacarırdı.
Tənzilə
Rövşən qızı Əhmədova 29 iyun 1990-cı ildə Bakıda anadan olub. 244 saylı orta məktəbdə
təhsil alıb. Orta məktəblə yanaşı, “Zirvə” hazırlıq kursunda ali məktəbə
hazırlaşıb. 2008-ci ildə orta təhsili başa vuran Tənzilə 596 balla Bakı Dövlət
Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
11 saylı Uşaq
Musiqi Məktəbini fortepiano ixtisası üzrə bitirib. Hazırda BDU-nun filologiya
fakültəsinin tələbəsidir.
Orta məktəbdə
dərslərini əla oxuyub. Ən sevimli fənləri tarix, Azərbaycan dili, ədəbiyyat,
ingilis dili, riyaziyyatdır. Məktəbdə keçirilən kütləvi tədbirlərdə, olimpiadalarda
fəal iştirak etmiş, bu tədbirlərdə aparıcı olmuş və ya şeirlər söyləmişdir. Həyatında
ən uğurlu günü ali məktəbə qəbul olduğu gündür.
Gələcəkdə
savadlı bir dil mütəxəssisi - dilçi, ədəbiyyatçı olmaq istərdi. İngilis, fars, ərəb,
ispan, italyan dillərini öyrənməyə böyük marağı var. İkinci ali təhsil kimi isə
hüquq fakültəsində oxumaq istərdi. Bu ixtisasa böyük marağı var.
Musiqiyə
qulaq asmaq, rəsm çəkmək, pianoda ifa etmək onun boş vaxtlarındakı məşğuliyyətidir.
Bədii əsərlər oxumaq da asudə vaxtlarının əsas hissəsini təşkil edir.
Xoşbəxtliyi
həyatda arzularına çatmaqda, sevdiyi insanların əhatəsində olmaqda görür. İstədiyi
sahə ilə bağlı cəmiyyətdə yüksək zirvəyə qalxmaqla xoşbəxt olacağını düşünür. Sınaq
imtahanlarında topladığı yüksək ballar, arzuladığı universtetə daxil olmaq onun
ilk uğurlarıdır. Gələcək planları universteti bitirib, ondan sonra sənəti ilə
pillə-pillə zirvəyə qalxmaqdır.
Gələcəkdə
yaxşı insan, istedadlı şəxsiyyət olmaq üçün savadı, biliyi, istedadı ilə zirvələrə
qalxmaq fikrindədir.
İngilis
dili müəllimi Hüseyn Hüseynov: “ - Tənziləyə dərs dediyim ilk günü indi də çox
gözəl xatırlayıram. Hələ ilk gündən onun birinci partada oturması və “uzunmüddətdir
ona dərs deyirmişəm” kimi davranması diqqətimi çox çəkdi. Günlər keçdikcə onun
haqqında yanılmadığım özünü təsdiqlədi.
Tənzilədə yüksək
dinləmə və qavrama bacarığının olması keçdiyi fənləri dərindən öyrənməsində
böyük rol oynayırdı. Dərs dediyim müddət ərzində onun bircə gün belə dərsimə
hazırlıqsız gəldiyinin şahidi olmadım. Bu keyfiyyətlər
onun gələcəkdəki uğurlarından xəbər verir. Və mən də buna səmimi qəlbdən
inanıran”.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Məlahət xanım: “ - Tənzilə
ilk gündən nəinki mənim, elə bütün müəllimlərin diqqətini cəlb etmişdi. Ədəbiyyata olan marağı, suallara
ən çox onun cavab verməsi
digərlərindən fərqli bir şagird olduğunu göstərirdi. Hər keçən gün onun
savadına, biliyinə, tərbiyəsinə daha çox qiymət verirdim. Ona dərs dediyim illərdə
bir dəfə də olsun dərsə hazırlıqsız gəldiyini görməmişəm. X-XI siniflərdə
sınaqlarda da gözlənilən nəticəni verməsi məni çox sevindirdi. Hər zaman fərqliliyi
qoruyub saxlayan sevimli şagirdimə gələcək işlərində uğurlar arzulayıram. Tənzilə
mənim müəllimlik fəaliyyətimdə xatirimdə ən savadlı, tərbiyəli bir şagird kimi
qalacaq”.
Riyaziyyat müəllimi Əliyeva Nüşabə: “ - Tənziləyə V sinifdən dərs keçirəm.
Bu müddət ərzində onun sakit, mədəni, dəqiq bir şagird olduğunu görmüşəm. Dərs
vaxtı fikri həmişə dərsdə olub, dərsə çox məsuliyyətli yanaşırdı. Bütün bu keyfiyyətlər
birlikdə onun nümunəvi
şagird kimi sevilməsinə səbəb olub”.
Ədəbiyyat müəllimi Əli Əsədov: “ - Mən inanıram ki, Tənzilə bilik və
bacarıqları üzərində gələcəkdə də ciddi işlərsə, müntəzəm olaraq yeni elmi
informasiyalar əldə etsə, daha yüksək nailiyyətlər qazanacaq.
Tənziləni başqa həmyaşıdlarından fərqləndirən əsas cəhət onun təmkinlliyi,
mövzular üzərində dəqiq və konkret işləməs i- bir sözlə, əzmkarlığıdır”.
Комментариев нет:
Отправить комментарий