elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 сентября 2012 г.

Abdullayev Tofiq Rafael oğlu

Tofiqin adını atası qoyub. 1990-cu il avqustun 10-da Tiflis-Ağdam avtobusunda erməni terrorunun qurbanı olmuş babasının adıdır. Ailənin ilk övladı olan Tofiq ondan 1 yaş kiçik olan qardaşı Xəyalı körpəlikdən çox istəyirdi və hər bir şeyini onunla paylaşırdı. Artıq 3-4 yaşlarından dəftər-qələm götürərək nə isə yazmağa, çəkməyə çalşırdı. Musiqi və idmanı çox sevirdi və hazırda da sevir. 8 yaşında H. Arif adına Uşaq Musiqi Məktəbinin 5 illik tar sinfinə qəbul olur və oranı müvəffəqiyyətlə bitirir.
Tofiq hələ 5 yaşında vurma cədvəlini bilir, hərfləri yazıb-oxumağı müəyyən dərəcədə bacarırdı. Hətta 6 yaşında olarkən kiril qrafikasını oxumağı bacarırdı. Hələ 7 yaşında şeir formasında cümlələr qura bilirdi. Sonradan bu bacarığını daha da təkmilləşdirdi və bir neçə şeiri yaşadığı Ağstafa rayonunda dərc edilən qəzetdə nəşr edilmişdi. Tofiq kiçik yaşlarından oxumağa böyük maraq göstərmişdir. O, məktəbə getmək üçün Təranə müəllimin yanına getmiş və onu məktəbə aparmağı xahiş etmişdir.
Tofiq Rəfail oğlu Abdullayev 1993-cü il avqustun 25-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 1999-cu ildə E. Mustafayev adına Yenigün kənd orta məktəbinə daxil olub. 2010-cu ildə məktəbi bitirib Prezident yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasına daxil olub. Siyasətə, dövlət idarəçiliyinə böyük marağı olduğu üçün bu ixtisası seçib. Bu ixtisası seçməkdə tarix müəllimi Sevda xanımın danılmaz rolu var.
Orta məktəbdə yaxşı oxumağa çalışmışam və X sinfə qədər bütün fənlərə eyni diqqətlə yanaşmışam. Amma ali məktəbə hazırlıq dövründə seçdiyim ixtisas üzrə fənlərə üstünlük vermişəm. Daha çox tarix, ədəbiyyat, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini sevirdim. Mənə bu fənləri sevdirən müəllimlərimə minnətdaram. Amma öncə mənə ilkin biliklər verən sinif rəhbərim Sahibə xanıma xüsusi təşəkkür edirəm. Orta məktəbdə ictimai işlərdə fəal iştirak etmişəm. Elmi yarışlarda və tarix fənni üzrə olimriadalarda dəfələrlə iştirak edərək yüksək yerlərə layiq görülmüşəm. 2008 və 2009-cu illərdə tarix fənn üzrə olimpiadanın rayon turunda I yerə layiq görülmüşəm. 2009-cu ildə respublika olimpiadasında iştirak etmiş həvəsləndirici yerə layiq görülmüşəm. 2009-cu ildə rayonumuzda məktəblərarası elmi yarışda məktəb komandasının üzvü olaraq III yerə layiq görülmüşəm.
Ali məktəbdə dərslərimi yaxşı oxuyuram. Sevdiyim fənlər Azərbaycanın siyasi tarixi, ingilis dili, politologiya və siyasi təlimlər tarixidir. Ən maraqlı günüm ali məktəbə qəbul olmağım haqqında xəbəri eşitməyim olub. Ali məktəbə hazırlaşdığım dövrdə mənim biliklərimin dünyagörüşümün artmasında böyük rolları olmuş: Sevda, Günel, Roza, Elmira müəllimlərə təşəkkür edirəm. Politologiya ixtisası üzrə mən Rasim Musabəyov və Vəfa Quluzadəni özümə ideal seçmişəm.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə orta məktəb müəllimlərimə, başda Vüsalə müəllim olmaqla çox minnətdaram. Ali məktəbi bitirdikdən sonra ən böyük arzum dövlət idarəçiliyində iştirak etmək və Azərbaycanımızın uğurlu inkişafında müəyyən yer tutmaqdır.
Asudə vaxtım olanda futbol oynamağı və ya izləməyi, tarixi əsərlər, siyasətlə bağlı kitablar oxumağı sevirəm. Fikrimcə ilk uğurum imtahan verərək musiqi məktəbinə girməyim olmuşdur. Şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq istəyirəm. Bunun üçün də günü-gündən öz biliklərimi artırmaq, ixtisas fənlərimi yaxşı oxumaq, ictimai həyatda fəal iştirak etməyim gərəkdir.

Комментариев нет:

Отправить комментарий