elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 сентября 2012 г.

Səba Məzahir qızı Məmmədova

Səba Məzahir qızı Məmmədova 26 dekabr 1986-cı ildə Gədəbəy şəhərində dünyaya göz açıb. 1988-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüblər. 1992-ildə Nizami rayonundakı 109 saylı orta məktəbin I sinfinə gedib. IV sinifdə məktəbdə fəaliyyət göstərən rəqs dərnəyinə üzvü olub. İlk uğuru V sinifdə oxuyarkən ingilis dilindən keçirilən yarışda I yeri tutmaqla əldə edib. Bu Səba üçün adi bir yarış deyildi. Yarışdan sonra müəllimlərin ona olan diqqət və qayğısı daha da artdı. Məktəbdə keçirlən bütün yarış və tədbirlərdə Səbanı önə çəkməyə başladılar. Səba 1998-ci ildə “Araz” Ekologiya liseyinin VII sinfinə daxil olub. 2003 ildə orta təhsili başa vurub 511 balla Azərbaycan Tibb Universiteti ali məktəbinin pediatriya ixtisasına qəbul olunub.
Uşaq bağçasında “Yeni il” bayramında səhnəcikdə oynadığı həkim rolundan sonra Səbada bu peşəyə qeyri-ixtiyari maraq oyanmışdı. Bu sənəti seçməsində atasının da rolu böyük olub. Çünki Məzahir bəy hər zaman onu “həkim qızım” deyə çağırardı. Səba da atasının etimadı doğrultmaq gərəkdiyini dərk edirdi. Xoşbəxtlikdən ali məktəbə qəbul olması xəbərini də ona atası söylədi. Tələbə adını qazanması Səbanın yeni uğurlarının başlanğıcı idi.
Orta məktəbdə dərslərini hər zaman əla qiymətlərlə oxuyub. Sevdiyi fənlər kimya, fizika, bialogiya, riyaziyyat və tarix olub. Eyni zamanda erudisiyalı bir şəxs kimi yetişmək məqsədilə digər fənləri də diqqətlə mənimsəməyə çalışıb. Orta məktəbdə oxuyarkən məktəbdə keçirilən elimi yarışlarda, müsabiqələrdə və ictimai işlərdə iştirak edib.
Ali məktəbdə dərslərini daim yaxşı oxumağa çalışıb. Bilik yarışlarında və ictimai işlərdə fəal iştirak edib. Tələbə yoldaşları ilə birgə uşaq və qocalar evlərinə gedir, oradakı insanlarla ünsiyyət qurur, onların könlünü şad edirdilər. Ali məktəbdə sevdiyi fənlər nevrologiya, endokrinologiya, pediatiriya olub.
Pediatiriya fənni üzrə olimpiadada I yer tutması oxumağa və çalışmağa olan həvəsini daha da artırdı.
Həkim kimi Uşaq Nevroloji Xəstəxanasıının baş həkimi Məhərrəm Sadıqova oxşamaq istəyir. Onun fikrincə Məhərrəm müəllim həm həkim, həm pedaqoq, həm də rəhbər kimi nümunəvi insandır.
Qəbul imtahanında göstərdiyi nailiyyətə görə müəllimlərimə və valideynlərimə minnətdar olduğunu - deyir qəhrəmanımız.
Ali məktəbi bitirdikdən sonra ixtisası üzrə nevropatoloq işləmək və xəstə uşaqlararın sağamlıqlarına qovuşmasına kömək etmək istəyir.
Səba asudə vaxtlarında kitab oxumaq, rəsm çəkmək və klassik musiqi dinləməklə keçirir.
Tarixin yaddaşında qalmaq, həm yaxşı insan, həm etibarlı həkim olmaq üçün bütün imkanlarımdan istifadə edəcəyini - söyləyir Səba. Elə olacağına şübhəmiz yoxdu.

Комментариев нет:

Отправить комментарий