elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 сентября 2012 г.

Qasımov Kərim Eldar oğlu

 

Kərim adını ona atası qoyub. Bu ad atasının ana babasının adıdır. Kərim baba o qədər yaxşı insan olub ki, anası istəyib ki oğluda babasına oxşasın.
Körpəlikdə çox sakit uşaq olub. Qələm kolleksiyası düzəltməyi, futbol oynamağı hər şeydən çox sevirdi. Dinlə maraqlanırdı. Məktəbə gedənə qədər yazmağı və vurma cədvəlini bilirdi. Bunu ona atası öyrətmişdi. O sol əli ilə yazırdı. Atası ona sağla yazmağı öyrətmişdi.
Kərim Eldar oğlu Qasımov 1989-cu il mayın 18-də Bakı şəhəri Bakıxanov qəsəbəsində anadan olub. 1995-ci ildə Nərimanov rayonu 77 saylı orta məktəbdə (indiki Bakı - Ankara liseyi) I sinfə qəbul olunub. IX sinifdən Nərimanov rayonu 43-200 saylı Bağça-Məktəb-Lisey Kompleksi məktəbində oxuyub. 2006-cı ildə məktəbi bitirib. 2007-ci ildə ADPU-nin tarix fakültəsinə qəbul olub. Təhsildən əlavə “Şən və Hazırcavablar Klubu” komandasında oynayıb, karate ilə məşğul olub. “Şən və Hazırcavablar Klubu” komandasında kapitan kimi respublika ikincisi olub.
Kərimdə tarixə maraq V sinifdə oxuyarkən tarix tarix fənni tədris olunandan sonra başladı. Həm də tarixi filmləri çox xoşlayır.
Orta məktəbdə dərslərini yaxşı oxuyub. Tarix və coğrafiya fənlərini sevib. Amma məktəbdə elə də fəal şagird olmayıb. Həmişə diqqət cəlb etməməyə çalışıb.
Ali məktəbdə dərslərini yaxşı oxuyub. Sevimli fənləri fəlsəfə, qədim şərq tarixi, Azərbaycan tarixi və Azərbaycanın siyasi coğrafiyasıdır. ADPU-nun Tələbə Gənclər Təşkilatının tarix fakültəsi üzrə sədridir. Həyatında ən maraqlı gün 6 avqust 2007-ci il oldu. O, həmin gün universtetə daxil oldu.
Qazandığı uğurlarına görə atasına, bir də coğrafiya müəllimi Əfqan müəllimə borcludur.
O, mərhum prezident Əbülfəz Elçibəyi və akademik Ziya Bünyadovu həmişə özünə ideal görüb.
Ali məktəbi bitirdikdən sonra ali məktəbdə ya da orta məktəbdə işləmək istəyir. Amma əsas məqsədi siyasi karyeradır. Xoşbəxtliyi insanın Allahı tanımasında, özünü dərk etməsində və başqalarının xoşbəxt olması üçün çalışmaqda görür.
Asudə vaxtlarında mahnıya qulaq asır. Futbol oynamaq, kitab oxumaq ya da şeir yazmağı xoşlayır. O, prinsipləri olan insandır. Məqsədinə çatmaq üçün əlindən gələni edəcək. “Azərbaycan müəllim” qəzetinin 8 yanvar 2010-cu il buraxılışında olimipadada II yer tutmağı ilə bağlı yazı dərc olunub.

Комментариев нет:

Отправить комментарий