Günel
Elçin qızı Fərzəliyeva 1992-ci il sentyabrın 25-də Quba şəhərində anadan olub. Uşaq
vaxtı şəkil çəkməyi və konustruktordan müxtəlif fiqurlar hazırlamağı çox
xoşlayıb. 1998-ci ilin sentyabrında Quba şəhərindəki 4 saylı orta məktəbinə gedib.
2009-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub, 567 balla Bakı Dövlət
Unversitetinin mexanika-riaziyyat fakultəsinə qəbul olub.
2000-ci
ildə Quba şəhər Uşaq İncəsənət Məktəbinə daxil olmuş və 2007-ci ildə məktəbin
tam kursunu fortepiano ixtisası üzrə bitirmişdir.
Günel:
“ - Riaziyyat fənni həmişə mənim üçün ən sevimli və maraqlı fənn olub. Hələ
aşağı siniflərdən riaziyyat dərsinə böyük maraq göstərirdim. Riaziyyat mənim
üçün roman oxumaq və ya macəra filminə baxmaq qədər maraqlıdır. Bu sahəyə maraq
göstərməmin əsas səbəbkarı atamdır. Atamın ixtisas mühəndis olduğu üçün yaxşı riaziyyatçıdır.
Atam bu fəndən qiymətlərimlə xüsusi maraqlanır və bu fənni dərindən mənimsəməm üçün
əlindən gələni edirdi. Yuxarı siniflərdə riaziyyatçı olmaq qərarına gəldim. Sözün
həqiqi mənasında peşəkar riaziyyatçı olmaq üçün səylərimi səfərbər etdim.
Orta məktəbdə
həmişə əla qiymətlərlə oxumuşam. Məktəbin nümunəvi şagirdlərindən olmuşam. Bütün
tədbirlərdə fəal iştirak etmişəm. Bir sıra tədbirlərdə aparıcılıq etmişəm. Ən
sevimli fənlərim riaziyyat, ingilis dili, fizika, kimya, ədəbiyyat idi. Bir neçə
dəfə rayon üzrə keçirilən “İlin ən yaxşı şagirdi” müsabiqəsində iştirak etmişəm.
2006-cı ildə bu müsabiqədə III yeri tutduğuma görə təltif edilmişəm. Bundan əlavə
2006 və 2008-ci illərdə yüksək göstəricilərimə görə təltif edilmişəm. Məktəb
üzrə keçirilən yarışlarda və olimpiadalarda iştirak etmişəm. Ali məktəb də yüksək
göstəricilərlə oxumuşam. Bakı Dövlət Unversitetinin mexanika-riyaziyyat fakultəsinin
tələbəsi adını qazanmaq üçün çox çalışmışam və indi bu adı daşımaqdan qürur
duyuram. Bu ada layiq olmaq üçün yorulmadan və həvəslə çalışıram. Çox xoşbəxtəm
ki, məhz BDU-nun tələbəsiyəm. Çox savadlı, yüksək intelektə malik müəllimlərim
var və onlardan dərs almaq mənə zövq verir. Sevimli fənlərim cəbr və həndəsədir.
Həyatımın
ən uğurlu günü unversitetə daxil olduğumu öyrəndiyim gündür. Çünki həmin gün mənim
hələ kiçik yaşlarımda arzuladığım tələbə adını qazanmaq arzum yerinə yetmişdir.
Valideynlərim
və müəllimlərim qəbul imtahanlarında yüksək nəticə göstərdiyim üçün əllərindən
gələni edirdilər. Valideynlərim məni bunu bacaracağıma inandırır, ruhlandırır və
hər cəhətdən yardım edirdilər. Bu günün özündə də mənim yaxşı insan və
bacarıqlı mütəxəsis olmağım üçün əllərindən gələni edirlər. Müəllimlərim isə
yorulmadan və böyük səbr göstərərək bizə elmlərin sirlərini öyrədir, bizi təkcə
unversitetə yox müstəqil həyata hazırlayırlar.
Ali məktəbə
qəbul imtahanının nəticələri çıxan gün biz avtobusla toya gedirdik. Sinif
yoldaşım yolda zəng eləyib dedi ki, unversitetə daxil olmusan. Tez bir zamanda
bütün avtobus bunu bildi və hər kəs məni təbrik etdi. Mənimsə sevincimin həddi-hüdudu
yox idi. O günü heç vaxt unutmayacam.
Xoşbəxtliyi
sevdiyim insanların həmişə yanımda olmasında, xoşbəxt ailə həyatında, parlaq
karyerada görürəm. Əgər hər zaman dayaq olan, fəxr ediləsi ailən, sevərək məşğul
olduğun sənət və vəfalı dostların varsa deməli xoşbəxt insansan.
Asudə
vaxtlarıma əsas məşğuliyyətim kitab oxumaqdır. Kitab oxumağı çox sevirəm. Xüsusilə
də xarici bədii ədəbiyyatı. Dünya ölkələri haqqında kitabları oxumağı
xoşlayıram. Dünya xalqlarını tanımaq, onların adətlərini öyrənmək mənim üçün
çox maraqlıdr. Şəxsi kitabxanamı yaratmaq arzusundayam.
Həyatda Balzakın çox bəyəndiyim bir fikrini meyar
tuturam: “Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmalısan”.
Комментариев нет:
Отправить комментарий