elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 сентября 2012 г.

Mehdiyeva Vüsalə Fəxrəddin qızı


Vüsalə Fəxrəddin qızı Mehdiyeva 19 fevral 1991-ci ildə Gədəbəy rayonunda anadan olub. Uşaqlıq dövrünü Göygöl şəhərində keçirib. 1997-ci ildə Lökbatan qəsəbəsindəki Neftçi Qurban adına 288 saylı orta məktəbdə I sinfə qədəm qoyub. 2008-ci ildə elə həmin məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinə qəbul olub. “Yeni Gənclik Tələbə Birliyi”nin və “Tələbə Gənclər Təşkilati”nın üzvüdür .
Vüsalə: “ - Dilimi çox sevdiyim üçün bu ixtisası seçmək qərarına gəldim. Təbii ki, dilimi mənə sevdirən müəllimlərimin bu işdə böyük rolu vardır. Orta məktəbdə dərslərimdə böyük məsuliyyətlə yanaşmışam və müvəffəqiyyətlər qazanmışam . Daha çox humanitar və təbiət fənlərinə marağım olmuşdur. Məktəbdə müxtəlif yarışlarda, olimpiadalarda iştirak etmişəm. X sinifdə oxuyarkən ingilis dili üzrə olimpiadada I yeri tutmuşam.
Orta məktəbdə olduğu kimi ali məktəbdə də dərslərimə qarşı məsuliyyətli olmağa çalışıram. Universtetdə tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etməyə səy göstərirəm. Şair və yazıçılarımızın yubiley tədbirlərinin həyata keçirilməsi üçün üzərimə düşən öhdəlikləri yerinə yetirirəm.
Həyatımın ən maraqlı günlərindən biri ali məktəbdə yoldaşlarımla tanışlığım olmuşdur, hər biri ilə bağlı çox gözəl təəssüratlarım vardır. Sevdiyim ixtisası seçməkdə mənə xüsusi kömək olduğuna görə orta məktəbdə sinif rəhbərim, eyni zamanda dil və ədəbiyyat müəllimim Aidə İsmayılovaya borcluyam. Onun şəxsiyyətinə, savadına, dərs keçmə metoduna və ümumiliklə humanist düşüncələrinə xüsusi rəğbətim olduğu üçün hesab edirəm ki, sevimli müəllimimin rolu böyükdür.
Qəbul imtahanlarındakı və digər müvəffəqiyyətlərimə görə ailəmə minnətdaram. Onlar hər zaman mənim arxamda olmuş, mənə inanmışlar. İstərdim ki, fəaliyyətimi universtetdə də davam etdirim. Mənə elə gəlir ki, şagirdlərinə, tələbələrinə nəyisə öyrətməyi bacaran, onların savadlı kadr kimi yetişməsində əvəzedilməz rolunu görən müəllim ən xoşbəxt insanlardan biridir.
Asudə vaxtarımda bədii ədəbiyyat oxumağı, ailəmlə, dostlarımla vaxt keçirməyi sevirəm. Şəxsiyyət kimi tarixin yaddaşında qalmaq istərdim. İnsanlara faydalı olmağı çox sevdiyim üçün əlimdən gələn hər bir şeyi edərdim. Bunun üçün isə mən çox oxumalıyam, intellektual səviyyəmi daha da artırmalıyam”.

Комментариев нет:

Отправить комментарий