Mirqərib
adını bu qıza nənəsi verib. Körpəlikdə çox sakit, ağıllı, sözə baxan uşaq olub.
Şəkilli kitabları çox sevirdi. Mirqəribin məşğuliyyəti ancaq şəkil çəkmək idi. Məktəbə
gedənə qədər yazıb-oxumağı anasının və uşaq bağçasındakı müəllimlərin sayəsində
öyrənmişdi. Mirqərib gəlinciklərlə oynamağı da sevirdi. Gəlinciklərinə çoxlu
paltarlar tikərdi. Elə paltar tikirdi ki, özündən başqa onu heç kəs gəlinciyə
geyindirə bilmirdi.
Qəhrəmanımızın
özü barədə dedikləri: “ - Mən Mirqərib Məzahir qızı Hüseynzadə 17 oktyabr
1989-cu ildə Bakı şəhərində anadan olmuşam. 1997-ci ildə Sabunçu rayonundakı
215 saylı orta məktəbin I sinfinə getmişəm. 1998-ci ildə orta məktəbdən əlavə 4
saylı Uşaq Musiqi Məktəbinin I sinfinə daxil olmuşam. 2005-ci ildə həmin musiqi
məktəbini əla qiymətlərlə bitirib Georgi Şaroyev adına on bir illlik musiqi məktəbinin
skripka bölməsinə daxil olmuşam. 2008-ci ildə təhsil aldığım 215 saylı orta məktəbi
bitirmişəm. Elə həmin il Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər
fakultəsinə daxil olmuşam. Hazırda həmin universtetin IV kurs tələbəsiyəm. 2009-cu
ildə isə musiqi məktəbini bitirdim. Uşaqlıqda nə vaxtsa diplomat olacağımı heç
fikirləşmirdim. Skripkaçı olmaq istəyirdim. Siyasət, diplomatiya məni XI sinifdə
cəlb etdi. Maraqlı sənətdir. Bütün dövlətlərin beynəlxalq vəziyyəti, tarixi,
keçmişi, bu günü, gələcəyi bu sənət sahiblərinin adı ilə bağlıdır. Sülh tərəfdarıyam.
Bütün dünya xalqlarının xoşbəxt, müharibəsiz yaşamasını, hər şeyin ədalətli
olmasını istəyirəm.
Orta məktəbdə
dərslərimi əla oxumuşam, sinfimizin ən fəallarından idim. Sevimli fənlərim
fizika, cəbr həndəsə olsa da, mənim üçün hər bir fənnin əvəzedilməz yeri var
idi. Orta məktəbdə oxuyarkən müxtəlif fənlər üzrə olimpiadalarda iştirak etmişəm.
Ən yüksək nəticəni VIII sinifdə kimya fənni üzrə şəhər turunda I yeri tutmaqla əldə
etmişəm. Məktəbimizdə keçirilən tədbirlərdə də böyük maraqla iştirak edirdim.
Ali məktəbdə
də əlaçıyam. Sevimli fənlərim beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq
münasibətlər tarixi, diplomatiya və konsulluq xidmətidir. Universtetdə də
ictimai işlərdə iştirak edirəm. Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvüyəm.
Vaxtaşırı müxtəlif QHT-lərin təşkil
etdikləri kurslarda iştirak edirəm. 2009-cu ildə ali məktəb tələbələrinin XIV fənn
olimpiadasında Azərbaycan dili fənni üzrə həvəsləndirici mükafata layiq
görülmüşəm.
Qəbul
imtahanında 594 bal toplamışdım ki, buna görə də valideynlərimə və müəllimlərimə
borcluyam. Ali məktəbi bitirdikdən sonra ixtisasımla bağlı istənilən yerdə işləyərdim.
Harada işləməyimdən asılı olmayaraq ölkəmiz üçün bir şey edə bilərəmsə, bu mənə
yetər. Uğurlu karyera, ətrafımda sevdiklərimin olması mənim üçün xoşbəxtlikdir.
Asudə vaxtlarımda skripkada, pianoda ifa etməyi, rəsm
çəkməyi həddindən artıq sevirəm. Tarixin yaddaşında qalmağı çox istərdim. Azərbaycanda
qadın diplomat demək olar ki yoxdur. Niyə də biz qadınlar ölkəmizin problemlərini
həll etməyək”.
Комментариев нет:
Отправить комментарий