“Dədə
Qorqud” filminin qəhrəmanlarından birinin adını daşıyır bu oğlan. Körpəlikdə
ağıllı, düşüncəli, sakit uşaq olub. Velosibed sürməyi, maşın oyuncaqları ilə
oynamağı xoşayırdı. Anası ona xeyli şeir öyrətmişdi.
Tural
Cəfərxan oğlu Cəfərov 6 may 1990-cı ildə Sabirabad rayon Ulacalı kəndində doğulub.
1996-cı ildə I sinifə Yasamal rayon 199 saylı məktəbə gedib. 2000-ci ildə “Zəngi”
liseyinə qəbul olub. 2007-ci ildə Azərbaycan Dövlət Neft Akademyasının neft-qaz
mühəndisliyi ixtisasına daxil olub.
Bakıxanov
adına 6 saylı Uşaq Musiqi Məktəbinin tar şöbəsində 5 il, 1997-ci ildən etibarən
bununla yanaşı fortepiano şöbəsində 3 il təhsil alıb. “Qönçə” festivalında
orkestrlə birgə III yer tutub. Bir ilə yaxın idmanın taekvando növü ilə məşğul
olub.
Tural:
“ - VI sinifdə oxuduqda Azərbaycan dili müəllimim gələckdə hansı ixtisasa yiyələnmək
istədiyimi soruşduqda ilk dəfə neftçi olmaq istədiyimi söylədim. Qohumlarımdan
neftci olanlar var. Ehtimal ki, bu ixtisası seçməyimdə bunun şüraltı stimulu
olub. Birinci sinifdən riaziyyata həvəsim böyük olub. Sonraki illərdə bunu
fizika, kimya kimi texniki fənlər təqib edib. Humanitar fənlərdən tarixə də
sevgim olub. Türk liseyində oxuduğum illərdə olimpiadalarda, dama yarışlarında
iştirak etmişəm. Liseydə keçirilən olimpiadalar biliyimi qiymətləndirmə və
artıma nöqteyi-nəzərindən çox faydalı olubdur. Dəfələrlə liseydaxili və məktəblərarası
dama yarışlarında I, II, III yerləri tutmuşam. Diplom və medalla təltif
olunmuşam. Lisey dönəmlərində sinfimizdə həvəsləndirici fəaliyyətlər də olub. Misal
olaraq seçki yolu ilə idarə heyətin qurulması. Sinfin daxili işlər naziri
olmuşam. Akademyada qiymətlərim əla və yaxşıdır. Sevdiyim fənlər arasında
ixtisas fənlərim və nəzəri mexanikanı ayrı bir yerə qoya bilərəm. BP-nin təyin
etdiyi təqaüdə layiq görülmüşəm. 2010-cu ildə ARDNŞ yay məktəbi lahiyəsinin iştirakçılarından olmuşam. Akademyanın
90 illik yubileyinə həsr olunmuş tələbələrin 55-ci beynəlxalq elmi-texniki
konfransında iştirak etmişəm. Konfransın eyni adlı jurnalında məqaləm dərc
olunub.
A. Mirzəcanzadə,
F. Salmanlı, X. Yusifzadə kimi akademikləri özümə ideal hesab edirəm. Ən
azından onların çatdığı elm zirvəsinə çatmağı qarşıma məqsəd qoymuşam.
Bu günə kimi
təhsil pillələrində əldə edə bildiyim nailiyyətlərdə müəllimlərimin danılmaz
rolu var. İbtidai sinif müəllimim Fəridə xanımı xüsusi qeyd etmək istərdim. Eyni
zamanda liseydə və “Araz” kurslarında mənə çox güclü təhsil verən sevdiyim müəllimlərə
təşəkkür edirəm. Ramil müəllim, İlqar müəllim, Leyli xanım, Almaz xanım, İsmayıl
müəllim, Sədrəddin müəllim və. s.
İxtisasım
üzrə xarici ölkələrdə, BP və ya ARDNŞ-də işləmək istərdim. Xoşbəxtlik mənim
üçün istəyə çatmaqdır. Həmişə hər şeyin ən yaxşısı ola biləcəyimi düşünmüşəm. Balacalıqda
prezdent olacağımı deyirdim. Buna nədənsə heç vaxt inamımı itirməmişəm.
Bakıda gözəl
bir restoranda oturmağı, futbol matçını seyr etməyi, internetdə Azərbaycandan və
dünyadan xəbərlər oxumağı, yeni texnologiyayla maraqlanmağı xoşlayıram. İlk
uğurum I sinifdə oxuyanda tez bir zamanda sinif nümayəndəsi seçilməyim olub. Bunun
nə dərəcə də önəmli uğur olduğunu illər sonra müəllimimin bizdən sonraki siniflərdə
bu posta layiq birini tapa bilmədiyini öyrənəndə başa düşdüm.
Yaxşılar həmişə
tarixin yaddaşında qalır. Hesab edirəm ki, güclü mütəxəssis olmaqla yanaşı ədalətli
insan kimi formalaşmağın, tarixin və insanların yaddaşında qalmağında həlledici
rolu var.
BP-nin təqaüdünə
layiq görülməyim barədə radioda məlumat verilib. ARDNŞ-nin “Yay məktəbi-2010”
lahiyəsində iştirakımla bağlı televiziyada və şirkətin mediya orqanı olan “İki
Sahil” qəzetində müsahibəm dərc olunmuşdur”.
e-mail: turalcg@rambler.ru. Facebook: Tural Ceferov
Комментариев нет:
Отправить комментарий