İlahə ailənin
ikinci övladıdır. Onun adını bibisi qoyub. Hələ kiçik yaşlarından təhsilə böyük
maraq göstərib. Zəlzələ idi. Hamı həyətə qaçmışdı. İlahə isə çantasına kitablarını,
hətta bir alma, peçenye, iki dilim çörək qoyub palto və papağını geyinib evdən
çıxdı. Onu görüb hamı qəmli vaxtında gülümsəməyə başladı.
İlahənin söylədiklərini
sizlərə də təqdim edirik: “ - Mən İlahə Məzahir qızı Hüseynzadə 1990-cı il
oktyabrın 25-də Bakı şəhərində anadan olmuşam. 1997-ci ildə 215 saylı orta məktəbin
I sinfinə, 1998-ci ildə 4 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sinfinə, 2005-ci
ildə musiqi təhsilimi davam etdirmək üçün Georgi Şaroyev adına 35 saylı 11
illik musiqi məktəbinin arfa sinfinə daxil olmuşam. 2008-ci ildə 215 saylı orta
məktəbin XI sinfini bitirmişəm. Həmin ildə Bakı Musiqi Akademiyasının ifaçılıq
fakultəsinə arfa ixtisası üzrə qəbul olmuşam. Musiqini uşaq vaxtlarımdan
sevirdim, zaman keçdikcə mən musiqiyə daha da bağlanmağa başladım. İndi bir
günümü belə musiqisiz təsəvvür edə bilmirəm. Əvvəllər məşhur pianoçu olmaq istəyirdim,
lakin arfa aləti ilə tanış olandan sonra məni özünə cəlb etdi. Ona görə də bu
ixtisası seçdim.
Orta məktəbdə
dərslərimi yaxşı oxumuşam. Ən sevimli fənlərim rus dili və Azərbaycan dili idi.
Orta məktəbdə elmi yarışlarda iştirak etmişəm. Məktəbdə keçirilən fənn olimpiadalarında,
ictimai işlərdə fəal iştirak etmişəm. Musiqi fənlərindən də ən çox sevdiyim fənlər
harmoniya, musiqi ədəbiyyatı və ixtisas idi. Musiqi fənlərini də yaxşı oxumuşam.
Konsertlərdə, musiqi müsabiqələrində iştirak etmişəm. 2007-ci ildə simli alətlərin
II respublika müsabiqəsində iştirak etmişəm, diplom və həvəsləndirici mükafatla
təltif olunmuşam. 2008-ci ildə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş
I respublika müsabiqəsinin diplomantı olmuşam.
Ali məktəbdə
də dərslərimi yaxşı oxuyuram. Əlaçıyam. Ən sevimli fənnim ixtisasım arfa, təhlil
və Azərbaycan xalq musiqisinin əsaslarıdır. Ali məktəbdə də ictimai işlərdə fəal
iştirak edirəm. Sevdiyim ixtisasa yiyələnməkdə G. Şaroev adına 35 saylı musiqi
məktəbinin direktoru Yusif məllimə borcluyam. Mənə arfa seçməyi o məsləhət
görüb. Bu ixtisası mənə ixtisas müəllimim Yeganə Tapdıqova sevdirib və onun
rolu böyükdür. Azərbaycanda arfa məktəbinin banisi olan Aida Abdullayevaya
oxşamaq istərdim. Çox təəssüflər ki, Aida xanım artıq dünyasını dəyişib.
Ali məktəbi
bitirdikdən sonra musiqi məktəblərində, bitirdiyim akademiyada, orkestrdə işləməyi
arzulayıram. Xoşbəxtliyi ixtisasıma mükəmməl şəkildə yiyələnməkdə görürəm. Ən
yaxşıların sırasında adımın çəkilməsi məni xoşbəxt edər.
Asudə
vaxtlarımda musiqiyə qulaq asmağı, şüşədən şəkillər düzəltməyi və toxumağı
xoşlayıram. Mən istərdim ki, bir şəxsiyyət kimi tarixin yaddaşlarında yaşayım. Bunun
üçün səylə çalışmağı, yüksək təhsil almağı fikirləşirəm. Fəaliyyətimlə bağlı
musiqi məktəbimizlə bağlı kitablarda, iştirak etdiyim müsabiqələrdə və konsertlərdə
məlumat verilib”.
e-mail: harper_90@mail.ru
Комментариев нет:
Отправить комментарий