elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 сентября 2012 г.

KİTABLARI ÇOX SEVİR (İsgəndərova Leyla Yaşar qızı)


Leylanın adını xalası Şəhla xanım qoyub. Məktəbə gedənə qədər yazıb-oxumağı iki yaş böyük qardaşı Orxandan öyrənib.
Leyla Yaşar qızı İsgəndərova 1984-cü il dekabrın 14-də Zərdab rayonunda anadan olub. 1991-ci ildə Zərdab rayon H. Zərdabi adına 1 saylı orta məktəbinin I sinfinə getmiş, 2001-ci ildə XI sinfi bitirmişdir. 2002-ci ildə BDU-nun kitabxanaçılıq və informasiya fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə ali məktəbi bitirmişdir.
Bu ixtisası atasının istəyi ilə seşib. Leyla orta məktəbdə əla qiymətlərlə oxumuş, riyaziyyat, ədəbiyyat, Azərbaycan dili, tarix, coğrafiya sevimli fənləri olub.
Məktəb, istərsə də rayon səviyyəsində keçirilən ictimai tədbirlərdə fəal bir şagird olaraq iştirak etmişdir. XI sinifdə oxuyarkən məktəblər arasında keçirilən bilik yarışında komandanın üzvü olmuş, komandaları I yerə, tarix fənni üzrə keçirilən məktəblərarası yarışda komandanın kapitanı olmuş, komanda II yerə layiq görülmüşdür.
VIII sinifdə oxuyarkən riyaziyyat fənnindən, IX sinifdə isə biologiya fənnindən olimpiadada iştirak edərək respublika turuna çıxmışdır. X sinifdə oxuyarkən Azərbaycan tarixi fənni üzrə olimpiadada bütün turları uğurla keçərək respublika turunda IV yerə, XI sinifdə oxuyarkən yenə də Azərbaycan tarixi fənni üzrə keçirilən respublika olimpiadasında II yerə layiq görülüb. Həmçinin XI sinifdə oxuyarkən Azərbaycan Respublikasının müstəqillik qazanmasının X il dönümü ilə əlaqədar respublika üzrə keşirilən “Azərbaycanın dünəni, bu günü, gələcəyi” adlı inşa müsabiqəsində yaşadığı rayonu təmsil edərək, həvəsləndirici yerə layiq görülmüşdür.
Ali məktəbdə dərslərini yaxşı oxuyub. Sevdiyi fənlər Azərbaycan tarixi, müasir Azərbaycan ədəbiyyatı, dünya kitabxanalarının tarixi, iqtisadiyyat, qədim Azərbaycan ədəbiyyatı və. s olub.
Leylanın dediklərindən: “ - Həyatımda maraqlı, uğurlu günlər çox olub. X sinifdə oxuyarkən Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadada respublika turunda qazandığım uğurdan sonra başa düşdüm ki, artıq cəmiyyətin bir üzvü kimi mən də vətənimə, xalqıma xidmət etməyi bacaran layiqli bir şəxsiyyət ola biləcəm.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə ilk növbədə Allaha, I sinifdən XI sinfə qədər bilik verən müəllimlərimə, onun savadlı bir gənc kimi yetişməsində köməyi olan valideynlərimə minnətdaram.
Ali məktəbə qəbul olacağıma inanırdım. 11 il orta məktəbdə aldığım yüksək təhsil buna imkan verirdi”.
Qəbul olduğunu öyrənincə Leyla heç sevinməmişdi. Sevdiyi ixtisas olmadığından yenidən öz üzərində daha yaxşı çalışıb yüksək nəticə göstərmək istəyirdi. Yenə də atasının sevdiyi peşə olduğunu nəzərə alıb, fikrindən vaz keçdi.
Ali məktəbi bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərmək istədi. Ancaq həyat onu tam başqa sahəyə apardı.
Xoşbəxtliyi can sağlığında, insanlarla mehriban ünsiyyətdə, güclü həyat eşqi ilə yaşayıb-yaratmaqda, işlədiyi sahəni sevərək xalqına yüksək xidmət etməkdə görür.
Sevdiyi ixtisasla bağlı yüksək zirvəyə güclü mütəxəssis kimi öz üzərində gecə-gündüz işləyib çalışmaqla qalxa bilər.
Asudə vaxtları çox az olur. Çalışır ki, asudə vaxtlarından səmərəli istifadə etsin. Daha çox işlərinə vaxt ayırır. Musiqi dinləyir, mütaliə edir. Bir də şəhərdə ən çox sevdiyi yer olan Dağüstü parka gerir.
İlk uğuru X sinifdə oxuyarkən qazanıb. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin bilavasitə təşəbbüsü ilə keçirilən tədbirdə hədiyyələrlə təltif olunub.
Fəaliyyəti ilə bağlı “Azərbaycan müəllimi” jurnalında və Zərdab rayonunuda çıxan “Əkinçi” qəzetində məlumat verilib.

Комментариев нет:

Отправить комментарий