Ziya işıq, nur deməkdi.
Həyatı işıqlı, nurlu olsun deyə Fikrət bəy övladına bu adı seçib.
Ziya körpəlikdə
çox dəcəl, həm də çox həssas və səliqəli uşaq idi. Maşınlarla çox maraqlanırdı.
Ən çox xoşladığı məşğuliyyətlər futbol oynamaq, televizorda futbol, idman xəbərlərini
izləmək, filmlərə baxmaq olub. Rəsm çəkməyi də çox xoşlayırdı. Nənəsinin
nağıllarına həvəslə qulaq asırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yüksək
qavrama qabiliyyəti ilə fərqlənirdi.
Ziya Fikrət oğlu Mikayılov
14 oktyabr 1989-cu ildə Şuşa rayonunda anadan olub. 1996-cı ildə Xətai
rayonundakı S. Həsənov adına 63 saylı orta məktəbin I sinfinə qəbul edilib. 2007-ci
ildə oranı yüksək qiymətlərlə bitirərək 642,5 balla Azərbaycan Dövlət İqtisad
Universitetinə daxil olub. 2011-ci ildə ali təhsilin bakalavr pilləsini maliyyə
və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə magistr
imtahanlarında yüksək (89 və 122) bal toplayaraq ADİU-nun və Böyük Britaniyanın
Essex Universitetin mühasibat uçotu və maliyyə ixtisası üzrə magistr pilləsinə
qəbul olub. Hazırda təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İngiltərədə davam
etdirir.
İxtisasımı
özüm seçmişəm. Müasir dövrdə bazar iqtisadiyyatı şəraitində daha praktik və
çevik ixtisas kimi mən maliyyə və kredit ixtisasını seçdim və bu sahədə ölkəmizdə
lider olan ADİU-a qəbul olundum.
Ziya:
“ - Orta məktəbi əla qiymətlərlə oxumuşam. Hətta ibtidai sinifdə sinif rəhbərimiz
mənim hüsnxətt
dəftərimi nümunə kimi fəxrlə digər müəllimlərə göstərirdi. Bütün dərslərə maksimum dərəcədə
ciddi hazırlaşırdım, əla qiymətlər alırdım. Amma riyaziyyatın yeri tam başqa idi. Babam da riyaziyyatçı
olub. Onun uşaqlıqda öyrətdiyi əyləncəli riyaziyyat məsələləri məndə məntiqi-riyazi
təfəkkürün oyanmasında mühüm rol oynayıb.
Məktəb illərində də özümü məhz riyaziyyatda tapırdım. Bunda orta məktəbdə
mənə cəbr-həndəsə dərsi demiş Cavanşir
Quliyevin rolu böyük olub. Coğrafiya, fizika və biologiya da ən
sevdiyim fənlərdən idilər. Demək olar ki, hər tədris ilinin sonunda fəxri fərmanlarla
təltif olunurdum. Məktəb üzrə stolüstü
tennis yarışlarında da qalib gəlmişdim. Həmçinin Şuşa Uşaq Musiqi Məktəbinin tar sinfini bitirmişəm.
Zəhmətimin bəhrəsi olaraq qəbul
olduğum ali məktəbdə də dərslərimə ciddi yanaşırdım, ixtisas fənlərinə daha çox
maraq göstərirdim. Tələbəlik illərində təşkil olunan müxtəlif elmi
konfranslarda, treninqlərdə, təbirlərdə iştirak edirdim.
Bizə maliyyə
fənnini tədris edən prof. Saleh Məmmədov mənim bu sahəni sevməyimdə böyük rol
oynayıb. O, tək nəzəri bilikləri ilə deyil, həm də praktik fəaliyyəti ilə özünü
sübut etmiş bir mütəxəssisdir.
Ən başda valideynlərimə minnətdaram.
Onlar mənim uğur qazanmağım üçün lazımi mühiti yaratmışdılar. Sözsüz ki, nəticəmdə
müəllimlərimin də rolu danılmazdır, xüsusilə də Rafil İmanovun. O, tək
riyaziyyat müəllimi kimi deyil, həm də bir məşqçi kimi bizi imtahanlara
hazırlayırdı. Mən də daxil olmaqla minlərlə gənc uğurlarına görə ən
başda Rafil müəllimə minnətdar olmalıdır. Həmçinin Təranə xanım, Nəzakət xanım, Püstə xanım, Səhabət xanım və başqa müəllimlərin
də əməyini xüsusi qeyd etmək lazımdır.
Orta məktəbdəki saf, mehriban
abu-hava şəraitində qəbul imtahanlarına bir komanda kimi hazırlaşdıq.
İxtasasımın praktik olmağı ömrü boyu
karyera yüksəlişinə şərait yaradır. İş barədə
sözsüz hədəflər bəllidir, amma səylə çalışmağı da dayandırmaq olmaz.
Asudə vaxtlarımda dostlarımla görüşür, domino, nərd,
tennis, voleybol, futbol oynayırıq. Hərdən internetdə də vaxt keçirirəm, maraqlı
filmlər izləyirəm”.
Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.
ОтветитьУдалить